Heyvan orqanizmində diri
çəkisinin 5-8%-i qədər
qan olur. Qanın bir hissəsi orqanizmdə dövr edir, digər hissəsi isə ehtiyat olaraq dalaq, qaraciyər və dəridə saxlanır. Ehtiyac hiss olunanda qan dövranına daxil olur. |
Qanın plazmasında
90-92% su olur. Qanın tərkibinin 55-60%-i plazmadan qalan 40- 45%-i isə müəyyən kimyəvi forması olan elementlərdən ibarətdir. Qanın həmin elementləri eritrosit (qırmızı qan hüceyrələri), leykosit (ağ qan hüceyrələri) və qan lövhəcikləri kimi müəyyən olunmuşdur. |
Qan maddələr
mübadiləsində iştirak etməklə qida maddələri və oksigenlə təmin edir, karbon qazını hüceyrələrdən kənarlaşdırır, daimi stabil temperatura malik olmaqla bədən temperaturunu tənzimləyir, orqanizmdə müdafiə rolu oynayır (faqositoz, immunitetin yaranması, laxtalanma və buferlik). |