Baş hissəsi əzələləri aşağıdakılardır:
Üz əzələləri – Üz nahiyəsinin əzələləri, əsasən, lövhəşəkilli olur.
Çeynəmə əzələləri – Çənəni açıb qapamaqla çənə oynağına təsir edir.
Şəkil 26. Heyvan orqanizmində orqanların yerləşməsi sxemi
1.4 Orqanların yerləşməsi
Orqanizmdə orqanların yerləşmə
(qarşılıqlı əlaqə) sxemi:
1. Sinir sistemi
2. Qan dövranı sistemi
|
3. Həzm aparatı
4. Tənəffüs aparatı
5. Hərəkət aparatı
6. Sidik-cinsiyyət orqanı aparatı
7. Dəri örtüyü
|
1.4.1 Həzm sistemi orqanlarının yerləşməsi
Həzm sitemi orqanları ağız boşluğundan başlayır və arxa çıxış nahiyədə qurtarır. O,
arasıkəsilməyən müxtəlif diametrli boruya bənzəyir. Bu "boru" müəyyən yerlərdə
düz, bəzi yerlərdə döngəli, bəzi sahələrdə isə dolanbac şəkildə olur. Həzmetmə
"borusu" heyvanın bədəninin uzunluğundan 5-25 dəfə uzundur.
Dolanbac şəkildə olan nahiyələrinin hesabına uzun həzmetmə "borusu" qısa qarın
nahiyəsinə yerləşir.