1.2.10 Oynaq və onun əsas elementləri
Oynaq sümüklərin oynaq qığırdağı ilə örtülmüş və oynaq kapsulu ilə birləşmiş
oynaq uclarından əmələ gəlir. Oynağın daxilində sinovial maye ilə dolu boşluq
var. Oynaqların çoxunda əlavə bağlar olur. Oynağın bir sümüyündə başcıq olanda
digərində uyğun çuxur olur.
Oynağın quruluşu – elementləri
Şəkil 24. Oynağın quruluşu
|
1. Kapsulun fibroz təbəqəsi
2. Kapsulun sinovial təbəqəsi
3. Oynaq boşluğu
4. Sümüklərin qığırdaqla
örtülmüş oynaq səthi
5. Sümük
6. Menisk
7. Sümüküstlüyü
|
1.3 Əzələlər
Skelet əzələləri heyvanların hərəkət aparatının aktiv hissəsidir. Dinamik sümük
əzələləri hərəkəti icra edir, statistik sümük əzələləri isə heyvanın forma və pozasını
müəyyən vəziyyətdə saxlayan skeleti möhkəmləndirir. Skelet əzələsi sərbəst hərəkət
orqanıdır.
O, əzələli qarıncıq və vətərlərdən ibarətdir. Əzələli qarıncıq yığışaraq iş icra edir,
vətərlər isə əzələləri sümüyə birləşdirir və onun köməyi ilə hərəkət funksiyasını
yerinə yetirir.
Əzələli qarıncıq parenximalardan (eninəzolaqlı əzələ lifləri) və birləşdirici
qılçıqlardan ibarətdir. Birləşdirici qılçıqlardan qan damarları və sinirlər keçir.
Birləşdirici qılçıqlar əzələ liflərini bir-birindən ayırır və birləşdirir. Xarici və daxili
qılçıqlar olur.
Əzələ vətərləri sümük toxumasına daxil olaraq əzələlərin sümük üzərində möhkəm
bərkiməsini təmin edən kollagen liflərdən ibarətdir.
Yerləşməsindən asılı olaraq, əzələlər müxtəlif formalarda olur. Əzələlər lövhəşəkilli
və qalın olur. Lövhəşəkilli əzələlər qarıncıq və vətərlər kimi hamar olur. Əzələ lifləri
toplusundan ibarət olur.