Oynağın sinovial birləşməsi
|
Yetkin
sümüklərdə (uzun sümüklər daxil olmaqla) olan
sümük iliyi sarı rəngdə olmaqla yağın saxlanmasına
xidmət edir. Yastı sümüklərin – qabırğa, döş
sümükləri, kəllə, onurğa, uzun sümüklərin uc
hissələri daxil olmaqla iliyi qırmızımtıl rəngdə olur
və son nəticədə eritrosit (qırmızı qan hüceyrələri) və
böyük hissəsi leykosit (ağ qan hüceyrələri) hasil edir.
Sümük iliyi 250 qramdan çox olmur. Ancaq o, bir
gündə 5 milyonadək qırmızı qan cisimləri hasil edir
ki, onlar da yaranandan 120 gün sonra məhv olan
qırmızı qan cisimlərini əvəz edir. Ağ qan cisimləri
limfa düyünlərində də hasil olunur.
1.2.9 Sümük birləşmələri
İnkişaf prosesi nəticəsində heyvanlarda sümüklərin
iki tip birləşməsi formalaşmışdır: kəsilən və
kəsilməyən birləşmə. Kəsilən birləşmədə birləşən
sümüklərin arasında boşluq (oynaq hissəsi) olur.
Kəsilməyən birləşmədə sümüklərin birləşməsi
müxtəlif növ toxumaların (birləşdirici, qığırdaq və
sümük) köməyi ilə baş verir. Skeletin bəzi sümükləri
əzələ toxuması hesabına birləşir ki, bu da sümüklərin
müəyyən dərəcədə hərəkətli birləşməsini təmin
edir. Məsələn: döş ətrafları bədənlə, qabırğalar
öz aralarında qabırğalararası əzələlərin hesabına
birləşir.
1. Vətər və əzələlər
2. Sinir 3. Qan damarı 4. Sinovial membran 5. Yağ qatı 6. Oynaq boşluğunda sinovial maye 7. Oynaq qığırdağı 8. Sinovial kisəcik 9. Birləşmiş sümüklər 10. Dar borucuqda mayenin səthi (menisk) |