Gövdənin hissələri: | Ətraflar: |
▸ Baş ▸ Boyun ▸ Bədən ▸ Quyruq |
▸ Döş ətrafları ▸ Çanaq ətrafları |
1.2 Skelet
Bir-biri ilə hərəkətli, hərəkətsiz birləşən sümük və qığırdaqlar heyvan bədəninin yumşaq toxumaları üçün dayaq sistemini – skeleti yaradır. Skelet əzələ, vətər və digər orqanların birləşmə yeri rolunu oynamaqla yanaşı, hərəkət lingidir. Bundan başqa, bədənin baş beyin, onurğa beyni, ürək, qaraciyər, ağciyər və sair kimi vacib orqanlarını xarici təsirlərdən qoruyur. |