mənfi xüsusiyyətlərini müqayisə etdinizmi? |
Təlim nəticələrinin qiymətləndirilməsi
Aşağıda verilmiş cümlələrin düzgün və ya yanlış olduğunu işarələyin:
1) (.........) Üzvi gübrələrin torpağı qida maddələri ilə zənginləşdirməsinə baxmayaraq, onlar torpağın su-fiziki xüsusiyyətlərini pisləşdirir.
2) (.........) Üzvi gübrələr sırasına peyin, peyin şirəsi, torf, müxtəlif kompostlar, kənd təsərrüfatı istehsalatının tullantıları, yaşıl gübrələr, biohumus, bakterial gübrələr, bioloji yolla alınmış enzimlər (fermentlər) və s. daxildir.
3) (.........) Üzvi gübrələri torpağa verməklə orada mikroorqanizmlər üçün qida mənbəyi yaradılır və torpaqda mikrobioloji proseslər sürətlənir.
4) (.........) Peyinin tərkibində azotla müqayisədə fosfor çox olur.
5) (.........) Tərkibində qida maddələrinin çoxluğuna görə: biohumus>torf>peyin>kompost
Aşağıda verilmiş cümlələrdə boşluqları doldurun:
6) Torf ..................... bitkilərinin havasız şəraitdə parçalanmasından əmələ gəlir
7) Üzvi tullantıları emal edən soxulcanların hazırladığı 1-3 mm ölçüdə dənəvər kütləyə ..................... deyilir.
8) Bakterial gübrələrin tərkibində canlı ........................... olur.
9) ....................gübrə kimi gülül, at paxlası, noxud, lərgə, lupin, maş lobyası və s. əkilməsi məsləhət görülür.
10) Torpağın münbitliyini artırmaq və bitkilərin məhsuldarlığını yüksəltmək üçün əkinçilikdə tətbiq olunan bitki və heyvan mənşəli, təzə, yaxud ............... dəyişkənliyə uğramış maddələrə üzvi gübrələr deyilir.
Aşağıda verilmiş sualların düzgün cavablarını qeyd edin:
11) Peyinin tərkibində faizlə aşağıdakı miqdarda azot, fosfor və kalium var
A) 50% azot, 25% fosfor (P2O5) və 60% kalium (K2O)
B) 0,5% azot, 0,2% fosfor (P2O5) və 0,6% kalium (K2O)
C) 15% azot, 35% fosfor (P2O5) və 45% kalium (K2O);
D) 0,05% azot, 0,025% fosfor (P2O5) və 0,06% kalium (K2O)
12) Yalnız üzvi gübrələr olan düzgün sıranı seçin:
A) Torf, müxtəlif kompostlar, kənd təsərrüfatı istehsalatının tullantıları, yaşıl gübrələr, biohumus, bakterial gübrələr, sidik cövhəri, tomasşlak, kalsium şoraları