Gübrələrin bitkilərə təsirini müşahidə edin və variantlar üzrə qeydlər aparın. |
6. Gübrə tətbiq olunduqdan sonra uyğun müddətlərdə müşahidələr aparın və bitkinin inkişafı, boyu, yarpaqların rəngi, zoğların qalınlığı, çiçəklərin, meyvələrin sayı və s. göstəricilərə diqqət yetirin. 7. Bitkidə müşahidə etdiyiniz hər bir dəyişiklikləri variantlar (gübrələrə uyğun) üzrə ayrı-ayrılıqda qeyd edin. |
Əldə olunan nəticələri müqayisə edin. |
9. Tətbiq etdiyiniz gübrələrin bitkilərə təsir xarakterini, onların müsbət və mənfi xüsusiyyətlərini müqayisə edin. 10. Hansı gübrənin daha səmərəli olmasını təcrübə nəticələrinə görə əsaslandırın. |
Praktiki tapşırığı yerinə yetirmək üçün yoxlama sualları:
İstifadə edilməli resurslar:
- Maye üzvi gübrə nümunələri, adi su, nümunə hazırlanacaq qablar, ölçü qaşığı;
- Elektron tərəzi
- Vegetasiya qablarında və ya dibçəklərdə əkilmiş bitki nümunələri
- Bitkinin biometrik göstəricilərini (boyu, yarpağın iriliyi və s.) ölmək üçün uzun xətkeş və ya ölçü lenti (metra);
- Qeydiyyat üçün kağız və qələm
Bu tapşırığın icrası üçün tələb olunan aşağıdakı cədvələ əks olunan bacarıqlardan hansına sahib olduğunuzu Bəli, sahib olmadığınızı Xeyr ilə işarə edin.
Qiymətləndirmə ölçüsü | Bəli | Xeyr |
1. İşə uyğun tələb olunan üzvi gübrələri əldə etdinizmi? | ||
2. Əldə etdiyiniz nümunələrdən maye üzvü gübrələr hazırladınızmı? | ||
3. Gübrələrin tətbiqi üçün vegetasiya qablarında və ya dibçəklərdə əkilmiş bitki nümunələri tədarük etdinizmi? | ||
4. Hazırladığınız maye gübrələrlə bitkiləri gübrələdinizmi? | ||
5. Gübrələrin bitkilərə təsirini müşahidə etdinizmi? | ||
6. Əldə olunan nəticələri qeyd etdinizmi? | ||
7. Gübrələrin bitkilərə təsir xarakterini, onların müsbət və |