Mətbəx və meyvə qalıqları "qonur" tullantılarla birlikdə çürüdülməlidir. Ot ən yaxşı materialdır, lakin çürüdücü bakteriyaların inkişafını sürütləndirmək üçün o, hazır çürüntü ilə, yaxud çürüməkdə
olan küləşin süzüntüsü ilə qarışdırılmalıdır. Quru otu əvvəlcə su və mətbəx tullantıları ilə nəmləndirmək, yəni ondan süni surətdə "peyin" düzəltmək lazımdır. Yaşıl otu, başqa şirəli bitkilərin yarpağını və tullantılarını mütləq soluxdurmaq lazımdır. Əks halda, onlar bərkiyir, havasız qalıb, çürümür, ancaq turşuyur və zəhərli "silosa" çevrilir. Bu baxımdan təzə biçilmiş otu, digər yaşıl və şirəli tullantıları soluxdurmaq və çürütmək üçün "qonur" tullantılarla qarışdırmaq lazımdır.
Qonur tullantılara sellüloza
ilə zəngin olan quru yarpaqlar,
küləş, çiyid qabığı, qarğıdalı
cecəsi, kağız, ağac qırıntıları və
s. daxildir (şəkil 4.8).
"Yaşıl" tullantılar çox olan yerdə
"qonur" tullantılardan, əsasən, soluxdurucu vasitə kimi istifadə edilir. Onlar asta-asta çürüyür
və bu zaman sellüloza
parçalayan bakteriyaları qidalandırmaq
üçün azot udur. "Qonur" tullantılardan kompost hazırlanan zaman onun hər kub metr hissəsinə 1,5-2 kq karbimid məhlulu çiləmək tövsiyə olunur. Bu, kompostu azotla zənginləşdirir.
Kompostlaşdırma zamanı xəndək qazmaq lazım deyil. Çünki orada su toplanır və qarışdırmanı çətinləşdirir, hava çatışmadığı üçün çürümə getmir. Ən yaxşı halda tullantılar üç tərəfi də istənilən materialdan hazırlanan divarlarının hündürlüyü 1 m olan yerə yığılsa, daha məqsədəuyğundur. Döşəmə isə beton olsa, daha yaxşı olar. Əgər döşəmə torpaq olarsa, onda yerə 20-30 sm qalınlığında küləş və ağac ovuntusu tökmək lazımdır. Tullantı topası üçün minimum həcm 1 m3 olmalıdır. Əgər həcm bundan az olarsa, tullantı tez quruyacaq. Kölgə yer daha yaxşıdır. Açıq yerdə tullantı topasının üstünə yazda və qışda polietilen örtük çəkmək lazımdır. İsti çürüməni sürətləndirir, ona görə də yazda çəkilən örtük tünd rəngdə olmalıdır. Çünki günəş şüası çürüdücü bakteriyalara öldürücü təsir göstərir, Üstü açıq yerdə saxlanılan tullantılarda olan qida maddələri 6 ay ərzində yağış suyu ilə tamamilə yuyulur.
Kompostlaşdırma ya isti, ya da soyuq üsulla aparılır. Soyuq üsul tənbəl adamlar üçündür. Bu zaman tullantı topasının yaradılması da, kompostlaşdırılması da uzun çəkir.