Şəkil 4.3. Peyin və peyin şirəsi səpən maşınlar
Peyin şirəsi. Peyin şirəsinin tərkibində orta hesabla 0,2-25% azot, 0,4-0,5% kalium və 0,01% fosfor olur. Peyin şirəsində tez təsir edən azot və kalium birləşmələri mövcuddur. Qida maddələri peyin şirəsində həll olunmuş və bitkilər üçün asan mənimsənilən formadadır. Peyin şirəsi xüsusi su keçirməyən şirə toplayıcı quyulara yığılır. Şirə toplayıcı quyular maldarlıq və peyin saxlanan təsərrüfatlara yaxın yerdə inşa olunur (şəkil 4.4). Peyin şirəsini hazırlamaq üçün təzə mal peyinini su ilə (50 ton peyinə 10 ton su) qarışdırmaq lazımdır. Hazırlanmış peyin şirəsinə 2-3 hissə (100 l peyin şirəsinə 200—300 l su) su qatılıb hər hektara 20 ton hesabı ilə verilir. Peyin şirəsi əlavə yemləmədə daha faydalı olur. Bunun üçün peyin şirəsi suvarma suyuna qarışdırılaraq sahəyə verilir.