- Bitkinin biometrik göstəricilərini (boyu, yarpağın iriliyi və s.) ölmək üçün uzun xətkeş və ya ölçü lenti (metra);
- Qeydiyyat üçün kağız və qələm
Bu tapşırığın icrası üçün tələb olunan aşağıdakı cədvələ əks olunan bacarıqlardan hansına sahib olduğunuzu Bəli, sahib olmadığınızı Xeyr ilə işarə edin.
Qiymətləndirmə ölçüsü | Bəli | Xeyr |
1. Mineral gübrə əldə etdinizmi? | ||
2. Əldə etdiyiniz nümunələrdən maye mineral gübrə hazırladınızmı? | ||
3. Gübrənin tətbiqi üçün vegetasiya qablarında və ya dibçəklərdə əkilmiş bitki nümunələri tədarük etdinizmi? | ||
4. Hazırladığınız yemləmə gübrəsi ilə bitkiləri gübrələdinizmi? | ||
5. Mineral gübrənin bitkilərə təsirini müşahidə etdinizmi? | ||
6. Əldə olunan nəticələri qeyd etdinizmi? | ||
7. Gübrəli və gübrəsiz variantlar üzrə əldə olunan nəticələri müqayisə etdinizmi? |
Təlim nəticələrinin qiymətləndirilməsi
Aşağıda verilmiş cümlələrin düzgün və ya yanlış olduğunu işarəliyin:
1) (.........) Azotlu gübrələr çətin həll olan olub, onları tam norması ilə payızda şum altına vermək məsləhətdir.
2) (.........) Nitrofoska və ammonium şorası kimi gübrələri karbamid gübrəsi ilə qarışdırmaq olmaz.
3) (.........) Ammonium-sulfat, ammofos və diammofos kimi gübrələri kalsium sianamid gübrəsi ilə qarışdırmaq olar.
4) (.........) Fosfor və kalium gübrələri asan həll olan gübrələr olub, onların illik normasının hamısı əlavə gübrələmə (yemləmə) şəkilində verilir.
5) (.........) Verilmə vaxtına görə gübrələr səpindən əvvəl, səpin vaxtı və səpindən sonra verilir.
Aşağıda verilmiş cümlələrdə boşluqları doldurun:
6) Torpağın gübrələnməsi zamanı birinci növbədə onun ....................... vəziyyəti və bitkinin bioloji xüsusiyyətlərinə uyğun olaraq gübrələrə olan tələbatı nəzərə alınmalıdır.
7) Mineral gübrələr payızda və erkən yazda şum altına verilirsə, bu, ................ gübrələmə adlanır.