Cədvəl 3.5
Ərzaq məhsullarında ağır metalların və radioaktiv maddələrin
buraxıla bilən həddi, mq/kq
Ağır və radioaktiv elementlər | Taxıl | Tərəvəz | Meyvə | Süd məhsulları |
Hg | 0,01 | 0,02 | 0,01 | 0,005 |
Cd | 0,02 | 0,03 | 0,03 | 0,01 |
Pb | 0,2 | 0,5 | 0,4 | 0,05 |
As | 0,2 | 0,2 | 0,2 | 0,05 |
Cu | 5 | 10 | 10 | 0,5 |
Zn | 25 | 10 | 10 | 5 |
Fe | 50 | 50 | 50 | 3 |
Sn (qalay) | 200 | 100 | 100 | |
Sb (antimon-sürmə) | 0,1 | 0,3 | 0,3 | 0,05 |
Ni | 0,5 | 0,5 | 0,5 | 0,1 |
Se | 0,5 | 0,5 | 0,5 | 0,5 |
Cr | 0,2 | 0,2 | 0,1 | 0,1 |
Al | 20 | 30 | 20 | 1 |
Ft | 2,5 | 2,5 | 2,5 | 2,5 |
İ | 1 | 1 | 1 | 0,3 |
Normadan artıq azot gübrəsi verməklə məhsulda nitratların toplanmasının əsas səbəbləri azot mübadiləsində və fotosintez prosesində tarazlığın pozulmasıdır. Məhsulda həddən artıq toplanan azotun metabolik prosesə uğraması nəticəsində bitkidə nitratların toplanması baş verir. Deməli, azotun bitkidə normadan artıq toplanması maddələr mübadiləsini pozur və nitratların miqdarı artır (məsələn, əksər tərəvəz bitkilərinin 1 kq məhsulunda nitratların buraxıla bilən həddi 150-400 mq təşkil edir).
Bu gün xüsusi elektron nitratester cihazları mövcuddur ki, bu cihazlar vasitəsilə məhsulda nitratların miqdarını və onların buraxıla bilən həddi keçib-keçməməsini təyin etmək olur (şəkil 3.4).