Kartofa 100-120 kq-dan çox mineral gübrə verməyi planlaşdırdıqda, N:P:K nisbəti 1:1,7:1,6 kimi olmalıdır. Ona görə də biz təxminən 80 kq/ha azot verməliyik.
Gübrə forması bitkinin bioloji xüsusiyyətlərindən və təsərrüfatın imkanlarından asılı olaraq seçilməlidir. Əgər ammonium nitrat (34%), ikiqat superfosfat (48%) və kalium sulfat (48%) istifadə olunursa, yuxarıdakı təsiredici maddə hesabı ilə olan gübrə normalarını fiziki çəkiyə çevirib torpağa vermək lazımdır:
Gübrədəki maddənin t.e.m hesabı ilə tələb olunan
%-lə miqdarı ____________ gübrə norması, kq
100% gübrə ilə təminat üçün -------------- X (fiziki çəkidə tələb olunan gübrə norması, kq)
Peyin kartof becərmədə geniş istifadə olunan üzvi gübrədir. Kartofun gübrələnməsində yarımçürümüş peyindən istifadə olunur. Üzvi gübrələr (peyin, kompost) yumrularda nişastanın miqdarını yüksəldir və iriliyini artırır. Xüsusilə kartof altına üzvi gübrələr sələfi payızlıq taxıllar olduqda verilir. Yaşıl gübrələr, kompost və s. kartofun məhsuldarlığına müsbət təsir göstərir. Mineral gübrələr bitkinin qida maddələrinə olan tələbatını tam ödəmək üçün (xüsusilə böyümənin ilk vaxtlarındakı tələbatını) üzvi gübrələrlə yanaşı verilir.
Aparılmış elmi-tədqiqat işləri göstərir ki, kifayət qədər rütubətli bölgələrdə fosfor və kalium gübrələri peyinlə birlikdə şum altına, azot və fosfor gübrəsinin bir hissəsi yazda əkinqabağı becərmədə verilir.