➢ Mütəhərrik qida maddələrinin bir hektar torpağın şum qatında miqdarı. Bunun üçün 100 q torpaqda olan qida maddələrinin miqdarı (bu isə torpağın aqrokimyəvi analiz laboratoriyasında müəyyən olunur) 30 əmsalına vurularaq bir hektar şum qatında olan ehtiyat qida maddələri müəyyən olunur.
➢ Bitkilərin torpaqdan və gübrədən qida maddələrini istifadə etmə əmsalı. Torpaqdan orta hesabla hidroliz olunan azotun istifadə olunma miqdarı 20-25%, mütəhərrik fosforun 5-10%, mübadilə olunan kaliumunku isə 15-30%-dir.
➢ Gübrənin tərkibindəki qida maddələrinin istifadə olunma əmsalı. Bitki orta hesabla birinci il peyin və kompostdan 25% azot, 40% fosfor və 60% kalium, mineral gübrələrdən 60% azot, 25% fosfor və 70% kalium mənimsəyir.
Hesablama qaydası
Tutaq ki, kartofdan 300 sentner məhsul götürülməsini planlaşdırmışıq. 100 q torpaqda isə 5 mq P2O5 və 6 mq K2O var.
Bilirik ki, 100 sentner kartof yaşıl kütləsi ilə birlikdə torpaqdan 50 kq azot, 20 kq P2O5 və 90 kq K2O aparır. Məhsuldarlıq 300 sentner olduqda isə, hektardan 150 kq N, 60 kq P2O5 və 270 kq K2O aparılır.
1 hektar şum qatında mütəhərrik fosforun miqdarı (5*30) - 150 kq və mübadilə olunan kaliumun miqdarı isə (6*30) - 180 kq-dır. Bitki isə 5% fosfor və 20% kalium istifadə edir ki, bu da 7,5 kq fosfor və 36 kq kaliuma bərabərdir.
Planlaşdırılmış məhsulu əldə etmək üçün bir hektar sahəyə gübrə ilə aşağıda göstərilənləri vermək lazımdır:
60-7,5=52,5 kq P2O5
270-36=234 kq K2O
Kartof bitkisinə 30 ton peyin verilməlidir ki, onun da tərkibində 0,5% N, 0,25% P2O5 və 0,6% K2O var. Beləliklə, 30 ton peyinlə hektara 150 kq azot, 60 kq fosfor və 180 kq kalium verilmiş olur. Bitkilər isə birinci il peyinin tərkibindən 25% azot, 40% fosfor və 60% kalium mənimsəyir ki, bu da 37,5 kq azota, 24 kq fosfora və 108 kq kaliuma bərabərdir. Mineral gübrələrlə hektara verilməlidir:
52,5-24=28,5 kq fosfor
234-108=126 kq kalium
Gübrənin tərkibində olan qida maddələrinin istifadə əmsalını nəzərə alaraq gübrənin verilmə normasını artırıb hektara vermək lazımdır: