Yuxarıda qeyd edildiyi kimi, damcıvari suvarmada mineral gübrələrin verilməsi asan və daha səmərəli həyata keçirilir. Belə ki, adi qaydada hektara tələb olunan gübrə normasını bir suvarma sayını təmin edəcək su çənlərinə töküb, qarışdırmaq və sistemə buraxmaq olar (şəkil 3.2).
Mineral gübrələrin damcıvari suvarma ilə birlikdə verilməsinin bir qədər təkmilləşdirilmiş üsulunda isə, sistemə əlavə olaraq, xüsusi maye gübrə üçün çən və ya rezervuar, injektor və dozalayıcı kran qoşulur. Bu zaman rezervuardan gələn maye qarışığı injektor vasitəsi ilə dozalayıcı krana verilir və oradan filtrə ötürülür, filtr vasitəsilə həll olunmayan gübrə qalıqları və digər mexaniki elementlər tutulur və sistemə duru maye qatışığı verilir (şəkil 3.3).
Şəkil 3.3. Mineral gübrələrin damcıvari suvarma ilə birlikdə verilməsinin təkmilləşdirilmiş sxemi (rezervuar, injektor və dozalayıcı kran)