Eyni zamanda tərkibində mikroelementlər olan gübrələrin tətbiqi əhəmiyyətlidir.
Ümumiyyətlə, torpağa verilən fosforun təxminən 20-25%, kaliumun isə 50-60%-i istifadə edilir. Bu baxımdan illik gübrə normasında fosforun miqdarı kaliuma nisbətən çox olmalıdır. Həmçinin bitkilər tərəfindən fosfor gübrəsi çətin mənimsənildiyindən onu vegetasiya dövrü ərzində bir neçə dəfəyə vermək lazımdır. Əlavə gübrə verilməsinin suvarma ilə düzgün əlaqələndirilməsi məhsulun artmasına çox böyük təsir göstərir.
Şəkil 3.1. Gübrə səpən maşınlar
Əsas gübrələrin bir qismi bitkilər tərəfindən mənimsənilməyən formaya keçir. Ona görə də vegetasiyanın əsas fazalarında əkin sahələrində əlavə yemləmə aparılır. Əlavə yemləmələr əsas gübrələr fonunda yaxşı nəticə verir, lakin onları əvəz etmir. Əkinçilikdə kökdən və kökdənkənar yemləmələr aparılır.
Kökdən əlavə, yemləmədə becəriləcək bitkinin ümumi vəziyyəti, torpağın münbitliyi və nəmliyi nəzərə alınmalıdır.