Onun ammonyak şorası ilə qarışığının yaxşı fiziki xassələri var, asanlıqla səpilir və gübrə verilən tarlada eyni bərabərdə paylanır.
Kalium-xlorid hiqroskopik və xırda kristal şəklindədir. Kalium-xloridin fosforit unu ilə qarışdırılması onun fiziki xassələrini yaxşılaşdıra bilər. Bu, həmçinin ammonyak şorasının fosforit unu ilə qarışığına da aiddir.
Qarışıq mineral gübrələri həm təsərrüfatların özündə, həm də zavodlarda hazırlamaq olar. Sadəcə onların fiziki-kimyəvi xassələri nəzərə alınmalı və qarışdırılması mümkün olan gübrələr seçilməlidir (cədvəl 3.1)
Cədvəl 3.1.
Müxtəlif gübrələrin qarışdırılması mümkünlüyü
Qeyd: (+)-qarışdırmaq olar, (-)-yalnız torpağa verilən zaman qarışdırmaq olar, boş kvadrat - qarışdırmaq olmaz
Gübrələri zavodda qatışdırmaq və müəyyən bitkilərin tələblərini ödəyən, torpaq şəraitini nəzərə alan, verilməsi üsullarını göstərən qatışıqlar istehsal edərək satışa çıxarmaq daha məqsədəuyğundur.