müqayisə edin. |
Praktiki tapşırığı yerinə yetirmək üçün yoxlama sualları:
İstifadə edilməli resurslar:
- Müxtəlif növ gübrələrdən nümunələr, distillə suyu, sınaq şüşələri, şüşə stəkanlar
- Elektron pH metr cihazı
- Elektron tərəzi
- Qeydiyyat üçün kağız və qələm
Bu tapşırığın icrası üçün tələb olunan aşağıdakı cədvələ əks olunan bacarıqlardan hansına sahib olduğunuzu Bəli, sahib olmadığınızı Xeyr ilə işarə edin.
Qiymətləndirmə ölçüsü | Bəli | Xeyr |
1. Analiz üçün bir neçə sadə mineral gübrə əldə etdinizmi? | ||
2. Gübrələri texniki tərəzidə çəkməklə nümunələr hazırladınızmı? | ||
3. Distillə suyu tədarük etdinizmi və sınaq şüşələrini işə hazır vəziyyətə gətirdinizmi? | ||
4. Gübrənin suda həll olmasını yoxladınızmı? | ||
5. Elektron pH metr cihazını iş vəziyyətinə gətirdinizmi? | ||
6. Gübrənin elektron pH metr cihazında reaksiyasını təyin etdinizmi? | ||
7. Əldə olunan nəticələri qeyd etdinizmi? | ||
8.Gübrələri xassələrinə görə müqayisə etdinizmi? |
Təlim nəticələrinin qiymətləndirilməsi
Aşağıda verilmiş cümlələrin düzgün və ya yanlış olduğunu işarəliyin:
1) (.........) Bitkilərin qidalanmasında fosfora olan tələbkarlığı azotla müqayisədə daha çoxdur.
2) (.........) Ammonium şorası sadə azotlu gübrədir.
3) (.........) Kalium şorası sadə kaliumlu gübrədir.
4) (.........) Torpağın turşuluğunu ləğv etmək üçün gips verilir.