Sərbəst iş üçün tapşırıqlar
Praktiki tapşırıqlar və fəaliyyətlər
Müxtəlif gübrə növlərindən nümunələr götürün, laboratoriya şəraitində analiz apararaq onların suda həll olmasını və gübrənin reaksiyasını (pH) təyin edin.
Fəaliyyət və tapşırıqlar | Təlimat və tövsiyələr |
Müxtəlif sadə tərkibli gübrələr seçin. |
1. Bir neçə sadə tərkibli (tərkibində N,P, K elementlərindən bir olan) gübrə nümunəsi götürün. 2. Elektron tərəzidən istifadə etməklə hər bir gübrə nümunəsindən suda həll olmanı yoxlamaq üçün 1-2 qram, pH-ı təyin etmək üçün 5 qram çəkib götürün. |
Gübrənin suda həll olmasını yoxlayın. |
3. Distillə suyu hazırlayın. 4. Sınaq şüşəsinə 5-10 sm3 həcmində distillə suyu tökün. 5. Gübrəni distillə suyunda çalxalayın və suda həll olma vəziyyətini müəyyən edin. |
Gübrənin elektron pH metr cihazında reaksiyasını təyin edin. |
6. Distillə suyundan 100 ml götürün və bu gübrə(5 q) əlavə edib qarışdırın. 7. Elektron pH metr cihazını iş vəziyyətinə gətirin. 8. Cihazın elektrodlarını məhlulun içərisinə salın və start düyməsini basmaqla gübrə məhlulunun pH-nı təyin edin. |
Əldə olunan nəticələri qeyd edin. |
9.Götürülmüş gübrə nümunələri üzrə alınmış nəticələrə dair qeydlər aparın. 10. Gübrələri göstərdikləri xassələrinə görə |