Qırmızı lakmus kağızının göy rəng alması və ya ammonyak iyinin hiss olunması gübrədə NH4 ionunun olmasını göstərir.
Barium xlorid vasitəsilə belə yoxlayırlar: Sınaq şüşəsində olan gübrə məhlulunun (3-5 ml) üzərinə 3-5 damcı 5%-li barium-xlorid (BaCl2) məhlulu əlavə edilir. Turşularda həll olmayan ağ rəngli BaSO4 çöküntüsünün əmələ gəlməsi gübrənin sulfat turşusu duzu olmasını göstərir.
Gümüş nitratla AgNO3 belə yoxlayırlar: sınaq şüşəsində olan 4-5 ml gübrə məhlulu üzərinə 3-5 damcı 2-5%-li gümüş nitrat məhlulu əlavə edilir. Sarı çöküntünün əmələ gəlməsi fosfat turşusu olduğunu göstərir.
Ammonium oksalatla ((NH4)2 C2O4) analiz: Gübrənin suda məhluluna (3-5 ml) 1-2 ml doymuş ammonium oksalat məhlulu əlavə edilir. Ağ çöküntünün əmələ gəlməsi gübrədə kalsiumun olduğunu göstərir.
Turşu vasitəsilə analiz: Sınaq şüşəsinə quru gübrə və ya 3-5 ml suda məhlulunu götürüb üstünə 1-2 ml 5%-li xlorid turşusu və ya durulaşdırılmış nitrat turşusu əlavə edilir. Köpükləmə gübrədə karbonat turşusu duzlarının olduğunu göstərir.
Köməkçi cədvəldən (cədvəl 2.4) istifadə etməklə qeyd olunan analiz və yoxlamalar aparılır. Alınmış nəticələr digər boş cədvəldə qeyd olunur.