Torpaqlar | Torpaq məhlulunun ph-ı | |||||
4,5 və aşağı | 4,6 | 4,8 | 5,0 | 5,2 | ||
CaCO3 dozası (1 ha tonla) | ||||||
Qumlu və yüngül gillicə Orta və ağır gillicə |
4,0 6,0 |
3,5 5,5 |
3,0 5,0 |
2,5 4,6 |
2,0 4,0 |
2,0 3,5 |
Normal əhəng dozaları torpağa birdən-birə və bir neçə dəfəyə verilir. Tam əhəng dozasını bir dəfədə verən zaman torpağın bütün şum qatının turşuluğunu uzun müddətə daha sürətlə və tamam neytrallaşdırmaq olar. Turş torpaqlara əhəng normasını bir dəfəyə vermək mümkün deyilsə, o zaman əhəng bir neçə dəfə az normalarla verilir. Turş torpaqların əhənglənməsi zamanı əhəngin üzvi və mineral gübrələrlə birlikdə tətbiqi bitkilərin məhsuldarlığını əhəmiyyətli dərəcədə yüksəldir. Peyin və əhəngin birlikdə verilməsi zamanı əhəngin təsiri altında peyinin parçalanması sürətlənir və bitkilərin peyində olan qida maddələrindən istifadə etməsi yüksəlir.
Əhəng və mineral gübrələr birlikdə verilən zaman məhsul artımı mineral gübrələrin ayrı-ayrılıqda tətbiqi zamanı əmələ gələn məhsul artımından xeyli yüksək olur. Torpağın əhənglənməsi nəticəsində fizioloji turş ammonyak, fosfat və kaliumlu gübrələrin effektivliyi kəskin sürətdə artır.
Gipsləmə. Əkinçilikdə əhəngdən başqa, ehtiyac yarandığı təqdirdə torpağa gips (CaSO4) də verirlər. Torpaqda qələviliyi ləğv etmək üçün isə gipsləmə aparılır. Torpaq məhlulunun qələviliyi, uducu kompleksdə olan natriumla, karbonat turşusu və ya onun duzları arasında gedən reaksiya nəticəsində əmələ gəlir.
Torpağa gips verməklə uducu kompleksdə olan natrium kalsiumla əvəz olunur.
Torpağa elə miqdarda gips verilməlidir ki, bu norma udulmuş artıq natriumu çıxartmağa və gipslə əvəz etməyə kifayət etsin. Gipsin dozası torpaqda olan udulmuş natriumun miqdarından asılı olaraq aşağıdakı düsturla hesablanır:
Burada: Na - udulmuş natriumun miqdarı (100 qram torpaqda mq-ekv ilə), T - torpağın udma tutumu (100 qram torpaqda mq-ekv ilə), 0,086-100 qram torpaqda udulmuş 1 mq ekv natriumu kənar etmək üçün tələb olunan CaSO4 x 2H2O qramla miqdarı, h-şum qatının dərinliyi sm-lə, d-şorakət təbəqəsinin həcm kütləsi (qr/sm3).