Lakin torpaq mühitinin reaksiyasını (pH-ı) təyin etmədən əhəngə olan ehtiyacı müəyyən etmək mümkün deyil. Bunun üçün hazırda bir sıra müasir elektron pH metr cihazları mövcuddur (şəkil 2.6). Götürülmüş torpaq nümunəsi (5 qr) distillə suyunda (100 mq) qarışdırılır və cihazın elektrodları məhlulun içərisinə salınaraq torpaq məhlulunun pH-ı təyin olunur. Torpaq məhlulunun pH-ı müəyyən oldunqdan sonra torpağın əhəngləməyə ehtiyacının olub-olmaması müəyyən olunur. pH kəmiyyətinə görə torpaq məhlulunun reaksiyası aşağıdakı qruplara bölünür: -pH < 4,5- çox turş; 4,6-5,5- turş; 5,6-6,0- zəif turş, 6,1-7,0- neytral; 7,1-8,0- qələvi; >8,1-şiddətli qələvi. pH qiymətinə (hidrolitik turşuluq) görə turş torpaqların neytrallaşdırılması üçün tələb olunan əhəng norması aşağıdakı formuladan istifadə etməklə hesablanır:
N(CaCO3) = Hh ⋅ 1,5 ton/ha (2.3)
Burada: Hh-torpağın hidrolitik turşuluğudur (100 qr torpaqda 1 mq ekv H ionlarının yaratdığı turşuluq), 1,5- ölçü vahidlərinin (mq-dan tona) çevrilməsindən yaranan əmsal.
Misal. Fərz edək ki, götürülmüş torpaq nümunəsində pH 3 olmuşdur. Onda bu torpaq mühitinin reaksiyası çox turş hesab olunur. Bu, onu göstərir ki, torpağın əhəngləməyə ehtiyacı var. Həmin torpaq sahəsi üçün əhəng norması N(CaCO3) = 3 ⋅ 1,5 = 4,5 ton/ha təşkil edir.
Bəzən hesablanmış norma üzrə əhəng deyil (CaCO3), əhəngli gübrələrdən olan MgCO3 (tərkibində 84% əhəng), əhəng tufundan və ya əhəng daşı (tərkibində 80% əhəng), yaxud Ca (OH)2 (tərkibində 74% əhəng) istifadə edilir. Onda təsir edici maddə (t.e.m) hesabı ilə tələb olunan gübrə norması fiziki çəkidə aşağıdakı tənasüb üzrə hesablanır:
Gübrədəki əhəngin (CaCO3) t.e.m hesabı ilə tələb olunan
%-lə miqdarı ____________ əhəng norması, kq
100% əhənglə təminat üçün -------------- X (fiziki çəkidə tələb olunan əhəng norması, kq)
Fərz edək ki, torpağı əhəng tufu (tərkibində 80% əhəng) ilə gübrələmək nəzərdə tutulmuşdur. Onda qeyd olunan tənasübə əsasən torpağın turşuluğuna (pH 3) görə tapılmış 4,5 ton/ha əhəng norması fiziki çəkidə aşağıdakı kimi hesablanır:
Cədvəl 2.2
Ph və torpağın mexaniki tərkibindən asılı olaraq əhəng dozaları