Lakin baha olduğu üçün perspektivli hesab edilmir. Hazırda əkinçilikdə mis maye gübrə kimi Cu EDTA geniş tətbiq olunur.
Tərkibində sink olan maye gübrələrdən Zn EDTA ən çox istifadə olunan gübrə hesab olunur.
Molibdenli gübrələr. Turş və zəif turş torpaqlarda tərkibində 35% molibdeni olan ammonium və natrium molibdat və ya ammonium-natrium-molibdatın iki qat duzundan istifadə edirlər. Molibdenli gübrələr şəkilində mis, elektrik lampası, ferroərinti, molibden sənayesi və başqa sənayə sahələrinin tərkibində çox az metallik molibden olan (faizin yüzdə biri qədər) tullantılardan da istifadə oluna bilər. O, torpaqda oksidləşir və tədricən bitkilərin mənimsəyə biləcəyi hala keçə bilir.
Yuxarıda qeyd olunan mikrogübrələrin və digərlərinin, o cümlədən ultra mikroelementli (kobalt və yod) gübrələrin adları, tərkibində olan elementlərin faizlə miqdarı haqqında cədvəl 2.1-də təsvir olunmuşdur.
Cədvəl 2.1
Mikrogübrələr və onların tərkibində olan elementlərin %-lə miqdarı
Gübrələrin adı | Tərkibində olan elementlər, %-lə | ||||||
Bor | Manqan | Mis | Sink | Molibden | Kobalt | Yod | |
Bor turşusu | 17,5 | ||||||
Buraks | 11,3 | ||||||
Fritli bor | 25,2 | ||||||
Bor maqnezium | 1,2 | ||||||
Mis kuporosu | — | — | 24,5 | ||||
Piritli oqarka | — | — | 0,3-0,6 | ||||
Manqan sulfat | — | 24,6 | |||||
Manqan şlamı | — | 9-15 | _ | ||||
Sink-sulfat | _ | _ | 47,7 | ||||
Sink-xlorid | — | — | 19,6 | ||||
Ammonium-molibdat | _ | _ | 35 | ||||
Kobalt-sulfat | — | _ | __ | 20,0 | |||
Kalium- yodid | — | — | — | — | 76,5 |