- Fotoaparat;
- Qeydiyyat üçün kağız və qələm.
Bu tapşırığın icrası üçün tələb olunan aşağıdakı cədvələ əks olunan bacarıqlardan hansına sahib olduğunuzu Bəli, sahib olmadığınızı Xeyr ilə işarə edin.
Qiymətləndirmə ölçüsü | Bəli | Xeyr |
1. İlkin olaraq üzərində qida çatışmazlığının əlamətləri əks olunan bitki nümunələrini topladınızmı? | ||
2. Qida çatışmazlığının əlamətləri müşahidə olunan bitkilərin xarakterik yarpaq, zoğ, gövdə və meyvələrini nəzərdən keçirdinizmi? | ||
3. Üzərində qida çatışmazlığının əlamətləri əks olunan yarpağın, zoğun, gövdənin və meyvənin şəkilini çəkdinizmi? | ||
4. Hər bir foto şəkilin üzərində uyğun bitki nümunələri üzrə müşahidə etdiyiniz qida çatışmazlıqlarının əlamətlərini təsvir etdinizmi? | ||
5. Hər bir qida elementinin bitki nümunələrində rast gəlinən əlamətlərini ayrı-ayrılıqda qeyd etdinizmi? | ||
6. Əyani olaraq müşahidə etdiyiniz nəticələri ədəbiyyat məlumatları ilə müqayisə etdinizmi? |
Təlim nəticələrinin qiymətləndirilməsi
Aşağıda verilmiş cümlələrin düzgün və ya yanlış olduğunu işarəliyin:
1) (.........) Bitkilərin daha çox tələb etdiyi elementlər qrupu mikroelementlər adlandırılmışdır.
2) (.........) Bitkilərin daha az tələb etdiyi elementlər qrupu makroelementlər adlandırılmışdır.
3) (.........) Fosfor bitkilər üçün ən mühüm mikroelement hesab olunur.
4) (.........) Bor bitkilər üçün ən mühüm makroelement hesab olunur.
5) (.........) Bitkilərin bar orqanlarının, çiçək və meyvənin formalaşmasında fosfora böyük ehtiyac var.
Aşağıda verilmiş cümlələrdə boşluqları doldurun:
6) Pomidor bitkisində ..................... çatışmadıqda meyvələr xırda olur, meyvələrin uc hissəsində əvvəlcə qəhvəyi-qonur ləkələr əmələ gəlir və meyvənin təpə çürüməsi ilə nəticələnir.
7) Bütün bitkilər üçün.......................elementinin əhəmiyyəti birinci növbədə onunla izah edilir ki, o, zülalın tərkibinə daxildir.