Sərbəst iş üçün tapşırıqlar
|
Fəaliyyət və tapşırıqlar |
Təlimat və tövsiyələr |
Müxtəlif sahələrdən torpaq nümunələri götürün. | 1. İki müxtəlif sahə seçin. 2. Həmin sahələrdən bir neçə göstəriciləri müəyyən etmək üçün nümunələr götürün. |
Müvafiq göstəricilərə görə torpaqların münbitliyini təyin edin. | 3. Penetrometr cihazı vasitəsilə torpağın sıxlığını (bərkliyini)
ölçün.
4. Vahid torpaq sahəsində (məsələn, 50 smx 50 sm x 10-15 sm dərinlikdə) soxulcanların miqdarını müəyyən edin. 5. Torpağın rənginə və üzvi qalıqların (çürüntü) miqdarına diqqət yetirin. 6. Torpaq səthində qaysağın yaranmasına baxın. 7. Bel vasitəsilə torpağı çevirin, onun xırdalan-masına və dənəvərliyinə (strukturluğuna) fikir verin. 8. Torpağın eroziyaya uğramasına, suvarmadan sonra yarğanların əmələ gəlməsinə və torpağın yuyulmasına nəzər salın. 9. Torpaqda şoranlaşmanın olub-olmamasının dəqiqləşdirin |
Əldə olunan nəticələri müqayisə edin. | 10. Hər bir torpaq nümunəsi üzrə ayrı-ayrılıqda göstəricilərin
qeydiyyatını aparın.
11. Nəticələri müqayisə edin və onların səbəblərini təhlil edin. |