- Kənd təsərrüfatı bitkilərinin becərilməsində və məhsulun mühafizəsində istifadə
olunan, kimyəvi mineral gübrələrdən, pestisidlərdən, boy maddələrindən və qeyrirasional
torpaq becərmələrindən ibarət ənənəvi aqrotexnologiyaların insanlara,
ekosistemə və torpağa qarşı mənfi təsirlərini öyrənmək;
- Onların yaratdığı problemlərin həllində torpaq, iqlim və bitkilər arasında təbiət
qanunlarına uyğun qarşılıqlı əlaqələr yaratmaqla, az xərc çəkməklə və zəhərli kimyəvi
maddələr tətbiq etmədən, mümkün qədər təbii ekosistemə uyğun aqrotexnologiyalar
tətbiq etmək;
- torpağın münbitliyini üzvi-bioloji yollarla bərpa etmək və yüksəltmək;
- Təbii ehtiyatlardan səmərəli və uzun müddət istifadə etmək;
- Əətraf mühiti çirklənmədən qorumaqla ekosistemdə harmoniyanı saxlamaq və ekolojitəmiz
məhsul istehsal etməkdən ibarətdir.
Mineral gübrələrin təsiri hesabına ilk dövrlərdə (əsasən, 1-ci və 2-ci illərdə) məhsuldarlıq
yüksəlsə də, sonrakı dövrlərdə məhsuldarlıq azalır və gübrələr öz səmərəliliyini itirir.
Bunun əsas səbəbi mineral gübrələrin təsiri ilə ilbəil torpağın aqrokimyəvi göstəricilərinin
və su-fiziki xassələrinin pisləşməsidir. Belə ki, fizioloji turş gübrələr hesabına torpaqda
kəskin turş mühit yaranır, torpaq ağır metallarla çirklənir, torpaq məhlulunun qatılığı
artır, torpağın bioloji fəallığı pisləşir, burada mövcud olan humus əmələ gətirən makro
və mikroorqanizmlərin fəaliyyəti dayanır, humus əmələgəlmə prosesi zəifləyir, torpaqda
humusun miqdarı azalır, nəticədə torpağın strukturası pozulur, torpağın su-fiziki
xassələri pisləşir, suya davamlı aqreqatların miqdarı azalır, torpaq eroziyası baş verir
və ümumilikdə, bu proseslər torpağın deqradasiyaya (dağılma, münbitliyin itməsi)
uğraması ilə nəticələnir.
Növbəli əkinə əməl etmək, əkin dövriyyəsinə azot toplayan bitkilər daxil etmək və
onların kövşən və kök qalıqlarını yaşıl gübrə kimi səmərəli istifadə etməklə mineral
gübrəsiz məhsul istehsal etmək və torpağın münbitliyini üzvi-bioloji yollarla bərpa
etmək mümkündür. Bu isə kənd təsərrüfatının davamlı olmasını və ətraf mühitin
qorunmasını təmin edir.
5.2.4. Otlaq sahələri altında olan torpaqların münbitliyinin qorunması
Təbii otlaq sahələri altında olan torpaqlar adətən becərilmir. Bu torpaqların münbitliyi
təbii faktorlar hesabına formalaşır. Bəzən təbii otlaq sahələrindən qeyri-düzgün
istifadə nəticəsində torpaqların münbitliyi pozulur, onların eroziyası baş verir və otlaq
sahələrinin ot məhsuldarlığı azalır. Bunun əsas səbəbi vahid otlaq sahəsində otarılan
heyvanların baş sayının normadan artıq olması və eyni sahədə hər gün fasiləsiz olaraq
otarmalarla əlaqədardır. Belə ki, vahid otlaq sahəsində normadan artıq heyvan otarılarsa
və bu hal intensiv davam edərsə, bu zaman bitki örtü seyrəkləşməklə heyvanlar
torpağın strukturasını pozmağa başlayır. Bu baxımdan təbii otlaq sahələrindən düzgün
və səmərəli istifadə etmək lazımdır.