saxlanır, torpağın bioloji aktivliyi artır (torpaqdakı
mikroorqanizmlər, qurdlar və s.), münbitlik artır. Yeni
torpaq becərmələrinin respublikamızda tətbiqinə
imkan verməyən bir çox məsələlər var. Belə ki,
respublikanın torpaqlarının əksəriyyəti suvarılan və
ağır gilli torpaqlardır. Alaqlarla mübarizədə, torpağın
sıx şumaltı qatlarının yumşaldılmasında, bitki və kök
qalıqlarının parçalanması üçün (məsələn, yonca)
torpağa dərin basdırılmasında yeni torpaq becərmə
sistemləri imkan vermir. Bu cəhətdən laydırlı şum və
ya dərin laydırsız yumşaltma labüddür. Təcrübələr
göstərir ki, ağır gilli torpaqlarda məsamələrin ölçüsü
10 mkm az olduqda bitkinin kökü inkişaf edə bilmir.
Sıfır (no till texnologiyası) və səthi torpaq becərmələri
alaqlardan təmizlənmiş, strukturalı, bioloji yetişkən
yüngül torpaqlarda mümkündür. Bu baxımdan sıfır
becərmə texnologiyasına, növbəli əkinin ən azı bir
rotasiyası qədər gözlədikdən və torpaqda kifayət qədər
struktura yaratdıqdan sonra keçmək olar.
5.2.3. Torpağın münbitliyinin davamlı qalmasında ekoloji əkinçiliyin rolu Torpağın münbitliyinin azalmasının və deqradasiyaya uğramasının əsas səbəblərindən biri kənd təsərrüfatının normadan artıq kimyalaşmasıdır. Kimyəvi preparatların tətbiqi torpağın münbitliyinin artırılmasında əsas rol oynayan mikroorqanizmləri və digər istiqanlıları məhv edir, məhsulun keyfiyyətinə, ətraf mühitə və canlı orqanizmlərə qarşı ekoloji təhlükə yaradır. Bütün bu deyilənlər müasir dövrdə ekoloji əkinçiliyin tətbiqini şərtləndirir. Ekoloji əkinçilik kimyəvi üsullarla alınmış gübrə, pestisid, herbsid və boy maddələrinin istifadəsini ləğv etməklə, üstünlüyü paxlalı bitkilərin, peyinin, sideratların, bitki qalıqlarının, üzvi tullantıların, torpağın səmərəli becərilməsinin, xəstəlik və zərərvericilərə, alaq otlarına qarşı bioloji və aqrotexniki metodların tətbiq olunmasına verir. Ekoloji əkinçilik – Torpaq, iqlim və bitkilər arasında təbiət qanunlarına uyğun qarşılıqlı əlaqələr yaratmaqla, ekosistemin qorunmasını əsas tutan və ekoloji-təmiz məhsul istehsalını özündə birləşdirir. Ekoloji əkinçiliyin qarşısında duran əsas vəzifələr aşağıdakılardan ibarətdir: |