Məsələn, üçtarlalı soya – payızlıq buğda-qarğıdalı növbəli əkin sxeminin rotasiya cədvəlinə nəzər salsaq
aydın olar ki, hər bitki illər üzrə növbə ilə növbəli əkinin bütün tarlalarında becərilmiş
olur (cədvəl 5.1).
Cədvəl 5.1.
Soya – payızlıq buğda-qarğıdalı növbəli əkin sxeminin rotasiya cədvəli
Tarlalar |
İllər |
1-ci il |
2-ci il |
3-cü il |
2-ci rotasiyanın
1-ci ili
|
I |
Soya |
payızlıq buğda |
qarğıdalı |
Soya |
II |
payızlıq buğda |
qarğıdalı |
Soya |
payızlıq buğda |
III |
qarğıdalı |
soya |
payızlıq buğda |
qarğıdalı |
Növbəli əkinlər tarla və xüsusi növbəli əkinlərə bölünür. Tarla növbəli əkinlərdə əsas
sahə dənlik və texniki bitkilər üçün ayrılır. Xüsusi növbəli əkinlərdə ya torpağın yüksək
münbitliyini tələb edən (tərəvəz, tütün,) və ya xüsusi suvarma tələb edən (pambıq, çəltik)
bitkilər, yaxud da bir neçə il ərzində tarlanı tutan (çiylək, tinglik) bitkilər daxil edilən
növbəli əkinlərdir. Yaşıl gübrə üçün əkilən sideral növbəli əkinlər və torpaq örtüyünü su
və külək eroziyasından qorumaq məqsədilə torpaq qoruyucu növbəli əkinlər də xüsusi
növbəli əkinlərə aiddir. Növbəli əkini xarakterizə edən əsas əlamət növbəli əkinin əsas
bitkisidir. Məsələn, tarla növbəli əkinlərinə misal olaraq, qarğıdalı-buğda-herik tarlası
(müəyyən müddətə əkilməyən dincə qoyulmuş tarla) kimi növbəli əkin sxemini misal
göstərmək olar. Burada növbəli əkinin əsas bitkisi qarğıdalı, ondan sonra isə buğda
hesab edilir. Xüsusi növbəli əkinlərə misal olaraq, yonca-pambıq-taxıl kimi növbəli
əkin sxemini misal göstərmək olar. Bu növbəli əkinin əsas strateji bitkisi pambıq hesab
olunur və yonca kimi qiymətli sələf bitkisindən sonra növbələşir. Sideral (yaşıl gübrə
kimi əkilən) növbəli əkinlərə lyupin, seradella, çölnoxudu aiddir.
Növbəli əkinlərin torpağın münbitliyinin artırılmasında rolu – bunu paxlalı bitkilər
iştirak edən növbəli əkində göstərək. Paxlalılar bütün bitkilər üçün yaxşı sələfdir.
Onlar yarpaq əmələ gətirdikləri üçün yazlıq alaqları boğur, qalan alaqların böyüməsini
zəiflədir. Paxlalılar torpağı azotla zənginləşdirir və yaşıl kütləsi torpağa qarışaraq
onun strukturunu yaxşılaşdırır. Paxlalılardan sonra növbələşən bitki bu münbitlikdən
lazımınca istifadə edir və məhsuldarlıq yüksəlir. Bundan başqa, növbəli əkinlər xəstəlik
və zərərvericilərə qarşı mübarizədə də əvəzsiz bioloji üsul hesab olunur. Belə ki, bir bitki
bir yerdə fasiləsiz becərildikdə (monokultura) sahə onun üçün xarakterik olan xəstəlik
və zərərvericilərlə yoluxur. Məsələn, pambıqda vilt xəstəliyini qeyd edək. Yonca əkilmiş
tarlada vilt xəstəliyinin törədiciləri məhv olur və ondan sonra növbələşən pambıq həmin
xəstəliklə yoluxmur.
Növbəli əkin alaqlara qarşı mübarizədə də əhəmiyyətlidir. Məsələn, qarğıdalı cərgəarası
becərilən bitkidir. Qarğıdalının vegetasiya dövründə sahə alaqlara qarşı dəfələrlə
cərgəarası becərilir və gübrə verilir. Qarğıdalıdan sonra sahənin alaqlanma dərəcəsi xeyli azalır və
qarğıdalının kökü torpaqda daha çox kök kütləsi toplayaraq onun
məsaməliliyini artırır.