Torpağın sıxlığını
bilməklə onun münbitliyini qiymətləndirmək və
becərilmə xüsusiyyətini (becərilmə üsulu, dərinliyi və
s.) əvvəlcədən müəyyən etmək olur.
Torpaq məsaməliliyi. Torpaq hissəciklərinin birbirinin üzərində kip yatmaması nəticəsində yaranan boşluqlara məsaməlilik deyilir. Torpaq məsaməliliyi, bütün məsamələrin həcminin ümumi həcmə görə faizlə ifadəsidir. Məsamələr aqreqat (hissəcik) daxili (kapillyar) və aqreqatlar arası (qeyri-kapillyar) formalarda olur. Kapillyar məsamələrdə su, qeyri-kapillyar məsamələrdə isə hava olur. Torpaq o halda ən yaxşı quruluşda hesab edilir ki, onun ümumi həcminin yarısı bərk fazadan, qalan yarısı isə məsamələrdən ibarət olsun. Məsaməliliyin özü isə yarısı kapillyar, qalan yarısı isə qeyri-kapillyar məsamələrdən ibarət olduqda və ya kapillyar məsam məsamələr az üstünlük təşkil etdikdə daha əlverişli sayılır. Torpağın su xassələrinə: su tutumu, su sızdırması, su qaldırması daxildir. Torpağın kapillyar və qeyri-kapillyar məsamələrinin su ilə tam dolması onun tam su tutumunu təşkil edir. Torpağın özündə saxlaya bildiyi qravitasiya və kapillyar suyun miqdarına tarla su tutumu deyilir. Torpağın özünə su hopdurması və aşağıya doğru süzməsi su sızdırma qabiliyyəti adlanır. Torpağın əsas su-fiziki xassələrini xarakterizə edən göstərici onun nəmliyidir. Torpaqda olan suyun onun mütləq quru çəkisinə görə faizlə miqdarına torpağın nəmliyi deyilir. 5.2. Torpağın münbitliyinin yaxşılaşdırılması yolları və ondan səmərəli istifadə Müasir ekoloji-təmiz əkinçilik sisteminin qarşısında duran əsas vəzifələr torpaqdan səmərəli istifadə olunması, onun çirklənmə və dağılmadan qorunması, münbitliyinin bərpası və yüksəldilməsi istiqamətində aqrotexnologiyaların işlənməsi və becərilən k/t bitkilərindən yüksək stabil məhsul alınmasını təmin etməkdir. Bu vəzifələrə nail olmaq üçün torpağın münbitliyini artıran və məhsuldarlığı yüksəldən |