Qiymətləndirmə ölçüsü 1. Ətrafınızdakı əkin sahələrinə və təbii ərazilərə nəzər yetirdinizmi? 2. Həmin aqrolandşaftda yayılmış indikator bitkilərdən nümunələr topladınızmı? 3. Bitkiləri yayıldığı əraziyə uyğun qruplaşdırdınızmı? 4. Onların foto şəkillərini çəkdinizmi? 5. İndikator bitkilərə görə həmin torpaq-iqlim şəraitinin əsas xüsusiyyətlərini müəyyənləşdirdinizmi? 6. Qısa təqdimat hazırladınızmı və əldə olunan nəticələri öz qrup yoldaşlarınızla müzakirə etdinizmi? |
|
Təlim nəticələrinin qiymətləndirilməsi Aşağıda verilmiş cümlələrin düzgün və ya yanlış olduğunu işarələyin: 1) (............) Landşaft dedikdə təbii ərazi kompleksi başa düşülür. 2) (............) Aqrolandşaftlara atmosfer, ozon qatı, hidrosfer daxildir. 3) (............) Qarpız, yemiş, qabaq texniki bitkilərə aid edilir. 4) (............) Aqrolandşaft – insan cəmiyyəti tərəfindən dəyişdirilən və ya yeni yaradılan landşaft kompleksidir. 5) (............) Bitkiçilik sahəsi, əsasən, tarlaçılıq, tərəvəzçilik və meyvəçilik – çoxillik əkmələr sahələrinə ayrılır. |
Aşağıda verilmiş cümlələrdə
boşluqları doldurun:
6) ...................................... tarla, bostan,
bağ, üzümlük, meşə plantasiyaları,
qoruyucu meşə zo-laqları, güllük və s.
daxildir.
7) Pomidor, badımcan, bibər-istiot, xiyar,
yerkökü, kələm, soğan, kəvər, çuğundur
və s. ........................ bitkilərinə aid edilir.
8) ................................. bitkilər müəyyən
mühit şəraitinə uyğunlaşan olub, öz
inkişafı və yayılması ilə həmin mühit
şəraitinin göstəricisi hesab olunur.
9) .................................. torpaqlarda
bitkilər atmosfer yağıntıları hesabına
suvarılır.
|