Kölgəlik sevən bitkilər. Bu
bitkilərin mövcudluğu həmin
yerə günəş işığının düşmədiyini
və ya az düşdüyünü, yəni həmin
yerin kölgəlik olduğunu göstərir.
|
|
4.3. Rütubətli və quraq zonaların əkinçilik xüsusiyyətləri
İstehsalın digər sahələrindən fərqli olaraq, kənd təsərrüfatı istehsalı müxtəlif torpaqiqlim
şəraitlərinin hərtərəfli nəzərə alınmasını tələb edir. Əkinçiliyi vahid sistem kimi,
bütün ərazilərdə eyni qayda ilə inkişaf etdirmək mümkün deyil. Ona görə də hər bir
bölgənin konkret torpaq-iqlim şəraitinə uyğun əkinçilik sistemləri hazırlanmalıdır.
Ərazinin iqlim şəraitindən, yağıntıların miqdarından və torpağın rütubətlənmə
dərəcəsindən asıl olaraq, əkin üçün nəzərdə tutulanı torpaqlar dəmyə (rütubətlihumid)
və quraq və ya suvarılan (arid) torpaqlara bölünür.
Dəmyə torpaqlar olduqca rütubətli olub, bu ərazilərdə yağıntının miqdarı çox və buxarlanma
azdır. Belə torpaqlarda kifayət qədər nəmlik ehtiyatı toplanır. Bu nəmlik
bitkilərin becərildiyi dövrdə onların tələbatını ödədiyindən suvarmaya ehtiyac
yaranmır. Yəni dəmyə torpaqlarda bitkilər atmosfer yağıntıları hesabına suvarılır.
Vegetasiya müddətində yağmurların miqdarı bitkilərin suya olan tələbini ödəyəcək
qədər olduğu ərazilərdə dəmyə əkinçiliyi tətbiq edilir. Bu ərazilərdə illik atmosfer
çöküntülərinin miqdarı 600-700 mm-ə çatır.
İllik atmosfer çöküntülərinin miqdarı buxarlanmaya sərf olunan suyun miqdarından
çox olan ərazilərdə torpağın çox nəmlənməsi baş verir. Bu torpaqlarda becərmənin
qarşısında duran əsas məqsəd əkin qatında toplanmış artıq nəmliyi kənarlaşdırmaqdan ibarətdir.