Landşaft – almanca “land-torpaq, yer”, “şaft – şəkilçi
olub torpağın bitki aləmi və digər elementlərlə
qarşılıqlı əlaqəsini göstərir”. Qəbul olunmuş terminologiyaya
görə, landşaft dedikdə təbii ərazi
kompleksi başa düşülür. Aqrolanşaft – antropogen
(insan fəaliyyəti) landşaft və ya kənd ərazisinin
peyzajı kimi başa düşülür. Yəni aqrolandşaft – insan
cəmiyyəti tərəfindən dəyişdirilən və ya yeni
yaradılan landşaft kompleksidir. Aqrolandşaftlara
tarla, bostan, bağ, üzümlük, meşə plantasiyaları,
qoruyucu meşə zolaqları, güllük və s. daxildir (şəkil
4.1). Aqrolandşaftı əmələ gətirən bu aqrobiosenozlar
(tarla, bostan, bağ, üzümlük, meşə plantasiyaları,
qoruyucu meşə zolaqları, güllük) özləri müəyyən
bitki qruplarından formalaşmışdır.
4.1. Kənd təsərrüfatı bitki qrupları İnsanlar uzun illər ərzində qədimdən indiyə qədər təbiətdə olan xeyirli bitki növlərini seçib becərmiş və qoruyub saxlamışdır. Bu bitkilərdən həyat üçün ən vacib olanlarını insan öz yaşayış yerində əkib becərmiş və bu günə kimi gətirib çıxarmışdır. Kənd təsərrüfatı bitkilərinin ehtiyatları əsasən introduksiya (gətirilmə) və seleksiya (seçmə) yolu ilə daim artır. Hazırda dünyada kənd təsərrüfatı bitkilərinin 1500-ə qədər növü becərilir. Bunlardan 1200-ə qədər növü kənd təsərrüfatında bilavasitə istifadə olunur ki, bu da ümumi bitkiçiliyin 83%- ni təşkil edir. Bunların ancaq 250 növü kənd təsərrüfatında daha böyük əhəmiyyət kəsb edir. Bitkiçiliyin tərkib hissəsinə – bitkilərin məhsuldarlığını yüksəltmək və məhsulun keyfiyyətini yaxşılaşdırmaq üçün ən yaxşı bitki növlərinin seçilməsi və becərilməsi, məhsuldar sortların yaradılması, vegetasiya dövründə bitki əkinlərinə qulluq edilməsi qaydaları, vahid sahədən yüksək məhsul götürmək üçün müasir aqrotexnologiyaların işlənməsi və s. daxildir. |