Tədrisin məqsədi | Tədrisin məzmunu (nəzəri) | Dərs saatları nəzəri) | Tədrisin məzmunu (praktiki məşğələlər) |
Havanı müəyyən edən faktorlar, hava prosesləri və ölçmə metodları haqqında təsəvvürə malikdir. | Hava faktorları, onların qarşılıqlı təsiri və ölçülməsi: Temperatur, atmosfer təzyiqi, külək, rütubətlilik, yağıntı, siklon və anti-siklon. | 2 | Temperaturun, atmosfer təzyiqinin, yağıntı və rütubətin ölçülməsi. |
Sinoptik xəritə və hava proqnozlarının əhəmiyyəti haqqında təsəvvür əldə edir. | K/t müəssisəsinin fəaliyyətində hava proqnozlarının əhəmiyyəti, hava müşahidəsi. | 2 | Hava şəraitinin dəyişməsini əks etdirmək. |
İqlim məlumatlarının k/t istehsalı üçün əhəmiyyəti haqqında təsəvvür əldə edir. | İqlim, bitkiçilik və heyvandarlıq arasında əlaqə, iqlim faktorları, iqlim və bitkiçilik, iqlim və heyvandarlıq, iqlim dəyişiklikləri. | 4 | Ölkədəki iqlim və əkin regionlarını xəritədə göstərmək. |