Şəkil 3.6. Təbiətdə azotun dövranı
Bitkilərin üzvi maddələri otyeyən heyvanlar tərəfindən istifadə edilir. Tənəffüs, qıcqırma və
yanma nəticəsində karbon qazı yenidən atmosferə qaytarılır. Atmosferə, həmçinin
mikroorqanizmlər tərəfindən üzvi maddələrin parçalanması zamanı da karbon qazı
daxil olur.
Canlı orqanizmlər üçün azot mənbəyini atmosfer və parçalanan üzvi maddələr yerinə
yetirirlər. Zülallar bakteriyaların təsirindən tədricən nitrat, nitrit və ammonium
birləşmələrinə çevrilir. Azot havadan mikroorqanizmlər tərəfindən fiksasiya olunur,
torpaqdan isə bitkilər tərəfindən mənimsənilir, sonra zülallara və digər azotlu üzvi
birləşmələrə çevrilir. İnsan və hey-van orqanizmi bu birləşmələri mənimsəyərək
başqa üzvi birləşmələrə çevirir. Çürümə zamanı bakteriyaların təsiri ilə yenidən
üzvi maddələrin minerallaşma prosesi gedir və azot atmosferə qaytarılır. Azotun bir
hissəsi atmosferdə elektrik boşalmaları (şimşək) zamanı yağıntılarla birləşərək turşu
şəkilində torpağa qayıdır (şəkil 3.6).
Canlı orqanizmlər tənəffüs prosesində havanın oksigenini mənimsəyirlər.
Mənimsənilən oksigen onlarda gedən oksidləşmə prosesinə sərf olunur. Bitki, heyvan
və mikroorqanizmlərin çürüməsi zamanı da atmosfer oksigeni sərf olunur.