Şəkil 3.5. Təbiətdə suyun dövranı
Bitki və heyvanlar məhv olduqdan sonra bakteriyalar, göbələklər, ibtidailər və
bir çox həşəratlar üzvi maddələri mineral duzlara, karbon qazı və suya çevirirlər
(minerallaşma). Onlar isə yenidən bitkilər tərəfindən istifadə olunur. Redusentlər
(dağıdıcı, parçalayıcı) adlanan bu orqanizmlər dövr etməni qapamaqla onu növbəti
siklə hazırlayırlar. Bununla da təbii bioloji dövretmənin gedişini təmin edirlər.
Canlı orqanizmlərin aktiv fəaliyyəti nəticəsində yer qabığının aşınma prosesi gedir,
torpaq örtüyü yaranır. Yeraltı və yerüstü suların kimyəvi tərkibi müəyyənləşir və
atmosferdə qazların balansı saxlanılır.
Geoloji dövretmə - maddələrin quru və dünya okeanı arasında sirkulyasiyası
nəticəsində baş verir. Okeanların suyu onda həll olan bir çox maddələrlə birlikdə
buxarlanır və hava cərəyanları vasitəsilə uzaq məsafələrə aparılır, yağmurlar şəklində
yenidən yerə qayıdaraq dağ süxurlarının aşınma və parçalanma proseslərinə şərait
yaradır, onları bitki və mikroorqanizmlərin inkişafı üçün əlverişli edir, yağıntı suları
ilə torpağı yuyur (şəkil 3.5). Həll olan kimyəvi maddələri və asılı hissəcikləri özü
ilə çaylara, dənizlərə və okeanlara aparır. Burada onlar çökərək çöküntü süxurlar
şəklində toplanır. Suyun quru və dünya okeanı arasında sirkulyasiyası Yerdə həyatın
saxlanılması üçün ən vacib zəncir halqasıdır və bitki və heyvanat aləminin cansız
təbiətlə qarşılıqlı əlaqəsinin əsas şərtlərindən biridir. Hər iki dövretmə bir-birilə sıx
əlaqəlidir və vahid bir prosesi təşkil edir. Bioloji dövr etmədə, demək olar ki, cansız
təbiətin bütün kimyəvi elementləri iştirak edir. Bioloji və geoloji dövr etmələr birlikdə
biogeokimyəvi miqrasiya sikli adlanır.
Karbon, azot və oksigen ekoloji sistemdə orqanizmlərin həyat fəaliyyətləri üçün
ən vacib olan elementlərdir. Fotosintez prosesində yaşıl bitkilər havadan karbonu,
karbon qazı şəklində qəbul edərək onu üzvi maddələrin tərkibinə daxil edir. Bitkilərin