tinglərinin əmələ gəlməsi üçün toxum mənbəyi (yerə düşən meyvədə olan toxumdan yeni bitkilərin cücərməsi
hesabına) kəsilər (şəkil 3.3). Nəticədə, təbiətdən bu cür qeyri- rasional istifadə etməklə, yəni bizim bir
əməlimiz təbiətdə 3 və daha çox növ canlı orqanizmlərin (meşədə ağacların azalması, yarpaq qıtlığı ilə
torpağın münbitliyinin pisləşməsi və digər bitki örtüyünün azalması, həmin ağacın meyvəsi ilə qidalanan
quşların və heyvanların şikarsız qalması və s.) inkişafına və yayılmasına mənfi təsir göstərər və
biomüxtəliflik pozulmuş olar.
Süni yollarla biomüxtəlifliyin qorunmasına müəyyən seleksiya işlərinin (seçmə, çarpazlaşdırma, nümunələrin
çoxaldılıb artırılması) aparılması daxildir. Burada itib batmaqda olan növ və növ müxtəlifliklərinin
toplanması, artırılması, seleksiyası və s. fəaliyyətlər həyata keçirilir.
“Bioloji müxtəlifliyin qlobal qiymətləndirilməsi”nə (Glolal Biodivercity Assessment, UNEP, 1995) görə
30000-dən çox heyvan və bitki növünün məhv olma təhlükəsi yaranmışdır. İndiki yüzillik ərzində məməli heyvan
növlərinin məhv olma sürəti geoloji keçmişdə qeyd olunan maksimum məhv olma sürətindən 40 dəfə yüksəkdir.
Müasir dövrdə bioloji müxtəlifliyin sürətlə azalmasının səbəbləri aşağıdakılardır:
-
Əhalinin sürətlə artımı və iqtisadiyyatın inkişafı (beynəlxalq ticarətin və turizmin artması) - bütün
orqanizmlərin həyat şəraitində və yerin ekoloji sistemində böyük dəyişiklik yaradır.
Təbii resursların istismarı (təbii suların, torpağın və havanın çirklənməsinin) və kənardan gətirilən
növlərin təsirilə yerli növlərin sıxışdırılıb sıradan çıxması.
BMT Baş Assambleyasının qəbul etdiyi “Təbiətin ümumdünya xəritəsində” aşağıdakı müddəalar yazılmışdır;
-
Təbiətlə, onun gözəlliyi və müxtəlifliyi ilə zövq almaq yüksək qiymətə layiqdir, lakin bu qiymətin miqdar
göstəricisi yoxdur;
-
Müxtəliflik - bu həyat forması təkamülünün əsası hesab olunur. Növ və genetik müxtəlifliyin aşağı düşməsi
yer üzərində həyat formasını, bununla da onun gələcək təkmilləşməsini pozur.
-
Bioloji müxtəlifliyin qorunub saxlanması ciddi iqtisadi fayda kəsb edir, belə ki: 1) Yabanı canlı təbiət ev
bitki və heyvanlarının seleksiyası üçün mənbə, həmçinin genetik rezervuar (ehtiyat) olub sortların
yeniləşməsi və davamlığını saxlamaq üçün vacibdir. 2) Yabanı təbiət dərmanların mənbəyidir - dərmanların
25-40%-i özündə təbii bioloji komponent saxlayır.
Bioloji tarazlığın təbiət hadisələri ilə pozulmasına iqlim dəyişiklikliyi, sel, daşqınlar, quraqlıq,
səhralaşma, sərt qış və normadan artıq istilər və s. daxildir.
Bioloji tarazlığın birbaşa insanın (antropogen) təsiri ilə pozulmasına aşağıdakı amillər səbəb olur:
-
Şəhərsalma və digər tikintilər hesabına bitki örtüyünün ləğv edilməsi və meşələrin qırılması;
- Təbiətdə heyvanların ovlanmasının düzgün təşkil olunmaması;