Bioloji müxtəliflik həyatın zənginliyi və çox müxtəlifliyi və onda gedən proseslərdir.
Bura canlı orqanizmlərin müxtəlifliyi, onların genetik fərqləri, həmçinin orqanizmlərin
yaşadıqları qruplaşmaların, ekosistemlərin və landşaftların müxtəliflikləri daxildir
(şəkil 3.3).
Bioloji tarazlıq bioloji müxtəlifliyin azalması ilə pozula bilər. Bioloji müxtəliflik həm
təbii proseslərlə (iqlim dəyişiklikliyi, quraqlıq, səhralaşma, sel, daşqınlar və s.) və
həm də insanın çox saylı fəaliyyətinin təsiri ilə (antropogen) azala bilər. Qeyd olunan
səbəblər bioloji müxtəlifliyi təşkil edən bitki və heyvanların populyasiyalarına (hər
hansı növə daxil olan fərdlər-heyvanlarda, bitkilərdə-sort və formalar) mənfi təsir
göstərir və onların sıradan çıxmasına səbəb olur. Belə olan halda, bioloji müxtəlifliyi
qorumaq üçün itib batmaqla olan heyvan cinslərini, bitki növlərini, bu növlərə daxil
olan sort və formaları qoruyub saxlamaq, onlardan rasional istifadə etmək və onların
yayılmasına həm təbii və həm də süni yollarla şərait yaratmaq lazımdır.
Təbii yollarla biomüxtəlifliyi necə qorumaq olar? Yəni insan təbiətdən necə istifadə
etməlidir ki, biomüxtəliflik davamlı qalsın. Bu məsələyə dair bir misal qeyd edək:
Əgər biz meşədə bitən ağacın üzərində olan cır armudun hamısını yığsaq, onda
meşədə olan quşların və digər heyvanların payı tükənər, o cümlədən yeni ağac
Şəkil 3.3. Bioloji müxtəliflik