Abiotik amillərə aiddir:
İqlim amilləri - işıq, temperatur, nəmlik, atmosfer yağıntıları;
Torpaq amilləri və yaxud edafik amillər (torpağın mexaniki və kimyəvi tərkibi, fiziki xüsusiyyətləri və
s.);
Topoqrafik - relyef şəraiti.
Biotik amillər (orqanizmlərə digər orqanizmlərin təsiri) qrupuna daxildir:
Fitogen - birgə yaşayan bitkilərin (mexaniki əlaqə, simbioz, parazit xarakterli) təsiri;
Zoogen - heyvanların (əsasən, xəstəlik və zərərverici orqanizmlər) təsiri və onların bitkiləri
zədələməsi.
Amillərin bu cür təsnifatına vahid, bir-birinə qarşılıqlı təsir kimi baxılmalıdır, onların təsirinə
bir-birindən təcrid olunmuş şəkildə baxmaq olmaz.
Ekoloji amillərdən başqa, bitkilər antropogen-insan fəaliyyəti ilə bağlı amillərin təsirinə də məruz
qalır.
Ekoloji amillərin dəyişməsinə texnoloji tədbirlərin də təsiri var: cərgələrin istiqaməti, əkin sxemi,
becərilmə sistemi, budama və s.
3.2.
Ekoloji tarazlıq və onun pozulma halları
Ekoloji tarazlıq - təbiətdə olan canlı orqanizmlərin növ tərkibinin, onların sayının, məhsuldarlığının,
yayılmasının, həmçinin mövsümü dəyişməsinin, biotik maddələr mübadiləsinin və digər bioloji proseslərin
nisbi davamlığı başa düşülür. Ekoloji tarazlığın pozulmasına dair bir sıra misallar göstərmək olar: Məsələn,
təbiətdə olan ov heyvanlarının (dovşan, qaban və s.) insanlar tərəfindən nəsli kəsilərsə, bu, öz növbəsində
yırtıcı heyvanların da populyasiyalarına (har hansı bir növə daxil olan fərdlər qrupu) mənfi təsir göstərir.
Çünki yırtıcı heyvanların şikarını həmin heyvanlar təşkil edir. Biz yırtıcı heyvanları da qorumalıyıq. Çünki
onların təbiətdə özünəməxsus funksiyaları var. Digər misalla bu məsələni bir qədər açıqlayaq: Sel,
daşqınlar, torpaq eroziyası, torpaqların kimyəvi çirklənməsi nəticəsində onların münbitliyi pozularsa, bu
zaman torpaq üzərində olan bitki örtüyü sıradan çıxar, bitki örtüyünün məhv olması heyvandarlığa ziyan
vurar. Ekoloji tarazlığın bu şəkildə pozulması ərzaq təhlükəsinə səbəb olar və bu da sonda ali bəşər övladı
olan insanların həyatı təhlükəsi deməkdir. Qeyd olunan misallardan belə nəticəyə gəlmək olar ki, müəyyən
ekosistem üçün xas olan mühit şəraitinin dəyişməsi ekoloji tarazlığı pozur, bu da bir növün azalmasına,
digərinin isə artmasına səbəb olur. Çox vaxt ekoloji tarazlığın pozulması dedikdə atmosferin qaz tərkibinin
və su-hava rejimin kəskin dəyişməsi, ətraf mühitin qlobal çirklənməsi başa düşülür. Ekoloji tarazlığın
davamlı qalmasında əsas amillər bunlardır: bioloji tarazlıq (bioloji müxtəliflik), təbiətdə maddələrin
sistemli (taraz) dövranı və s.
3.2.1.
Bioloji tarazlıq (biomüxtəliflik) və onun pozulma səbəbləri
Bioloji tarazlıq - təbii komplekslərin bir-biri ilə qarşılıqlı əlaqəsi ilə dinamiki stabilliyin (sabitlik)
qorunmasıdır. Bioloji tarazlıq bioloji müxtəlifliyin qorunub saxlanılması nəticəsində mümkündür. Bioloji
müxtəliflik ətraf mühitin vəziyyətini və ekosistemin davamlığını (ekoloji tarazlığı) qiymətləndirən, yəni ən
obyektiv amillərdən biri sayılır.