Şəkil 3.1. Ekosistem
|
Bizi əhatə edən ətraf mühit və onun elementlərinin
qarşılıqlı əlaqəsi bir ekoloji sistem təşkil edir (şəkil
3.1). Ekosistem ekologiya elminin əsas obyekti sayılır.
Ekologiya yunan sözü olub “oykos” - ev, mənzil,
“loqos” - elm, təlim deməkdir. E.Hekkel ekologiyanı
geniş mənada mövcudluğumuzun bütün
şəraitinin də daxil olduğu ətraf mühitlə orqanizmlərin
münasibətlərindən bəhs edən bir elm hesab etmişdir.
Başqa sözlə, ”ekologiya canlı orqanizmlərin
mövcudluq şərtlərini və orqanizmlərlə onların
məskunlaşdığı mühitin qarşılıqlı təsirlərini öyrənən
elmdir”. Orqanizmlərlə mühit arasındakı əlaqələrin
məcmusu və ya strukturu ekologiyanın predmetini
təşkil edir.
Təbiətin necə qurulmasını, hansı qanunlar əsasında
mövcudluğunu, insan təsirinə hansı reaksiyanı
verməsini, ekoloji sistemləri məhv etməyən
yüklənmənin həddini və s. bilmədən təbiəti qorumaq
və ondan insanın maraqları naminə istifadə etmək
mümkün deyil. Bütün bunlar isə ekologiyanın
obyektini təşkil edir. Ekologiyada əsas tədqiqat obyekti
ekosistemlərdir (canlı orqanizmlərlə məskunlaşma
mühitinin yaratdığı vahid təbiət kompleksləri).
Qanunauyğun qarşılıqlı münasibətlərdə olan
canlı orqanizmlər və onların mövcudluq şəraitinin
maddələr dövranı baş verə bilən məcmusuna ekoloji
sistem və ya ekosistem deyilir.
Başqa sözlə, canlı orqanizmlər və qeyri-üzvi
komponentlərin maddələr dövranı baş verən məcmusu
ekosistem adlanır (Məsələn, meşə, çəmən, göl və s.).
Ekosistemlər dəqiq həcmə malik deyil və istənilən
fəzanı tuta bilər. Məsələn, aqroekosistem dedikdə,
ətraf mühitin kənd təsərrüfatı yönümlü elementləri və
onların arasındakı qarşılıqlı əlaqələrdən formalaşan
bir sistem başa düşülür. Aqroekosistemin tərkibinə
daxildir:
|