Qiymətləndirmə ölçüsü 1. Təyin etmə üçün müəyyən hazırlıq işləri apardınızmı? 2. Cihazı işə hazırladınızmı? 3. Ölçmə üçün müəyyən torpaq sahəsi seçdinizmi? 4. Cihaz vasitəsilə torpağın temperaturunu və nəmliyini təyin etdinizmi? 5. Alınmış rəqəmləri təhlil etdinizmi? |
|
Aşağıda verilmiş cümlələrin düzgün və ya yanlış olduğunu işarələyin: 1) (...........) Müəyyən ərazi üçün xas olan və ildən-ilə təkrarlanan hava tiplərinin çoxillik rejiminə iqlim deyilir. 2) (...........) Düşən yağıntının miqdarı buxarlanan suyun miqdarından az olan torpaqlara humid (rütubətli) torpaqlar deyilir. 3) (............) İqlim yaradan amillər aşağıdakılardır: atmosfer yağıntıları, havanın sirkulyasiyası (külək), günəş radiasiyası (işıq, istilik), atmosfer təzyiqi, havanın rütubətliyi, torpağın rütubətliyi, ərazinin mövqeyi, səth örtüyünün vəziyyəti və s. |
4) (............) Torpaq-bitkini qida maddələri və rütubətlə (su) təmin edən əsas mənbədir. 5) (............) Hər hansı bir bitkinin inkişafı üçün 5 həyat amili lazımdır: işıq, istilik, su, hava və qida maddələri. Aşağıda verilmiş cümlələrdə boşluqları doldurun: 6) Kifayət qədər .................. olmadıqda bitkilər zəif inkişaf edir, gövdəsi nazik, uzun olur və yerə yatır. 7) Toxumun ..................... üçün torpaqda normal temperatur olmalıdır. 8) ................. bitkilərdə qida maddələrinin köklərdən yarpağa və əksinə hərəkət etməsi üçün lazımdır. |