Belə ki, yer kürəsində fəlakətlə
nəticələnən qasırğa, tufan, boran, quraqlıq və səhralaşma (şəkil 2.11), bəzi bölgələrdə
aramsız yağış və qar kimi təbii fəlakətlə nəticələnən hadisələr çoxalmışdır. Bunlar
quruda baş verən fəla-kətlərdir. Buzlaqların qlobal istiləşmə səbəbi ilə əriməsi, yerin
su hövzələrində suyun səviyyəsinin artmasına gətirib çıxarmışdır.
İqlim dəyişiklərinin təsirindən əziyyət çəkən əsas sahə isə kənd təsərrüfatıdır.
Artıq iqlimşünaslar belə qənaətə gəliblər ki, qlobal istiləşmə nəticəsində qış dövrü
təqribən 25-30 gün qısalmış və yaz fəslinin başlanması 2-3 həftə tezləşmişdir. Bundan
başqa, iqlim anomaliyaları nəticəsində qış olduqca isti və yağıntısız, yaz isə soyuq
və yağıntılı keçir. Deyilənlərdən belə aydın olur ki, artıq həyəcan təbilinin çalınma
vaxtıdır və fermerlər iqlim dəyişikliklərinin yarada biləcəyi təhlükələrə qabaqcadan
hazır olmalıdır və qabaqlayıcı tədbirlər aparmaqla riskləri azaltmalıdırlar. İqlim
dəyişikliklərinə qarşı qabaqlayıcı tədbirlər kimi quraq rayonlarda suya qənaət
texnologiyaların tətbiqini (damcıvari suvarma, tirəli səpin, torpaq səthini mulçalamaq,
torpaqda nəmlik ehtiyatını qoruyan becərmələr və s.), stress amillərinə davamlı
bitki sortlarının əkilməsini, dəyişkən hava şəraitində optimal səpin müddətlərinin
seçilməsini, meteoroloji proqnozların izlənməsini, bitkilərin immun sistemini
gücləndirəcək texnologiyaların istifadəsini, təsərrüfatın sığortalanmasını və s. qeyd
etmək olar.
Şəkil 2.11. Atmosferə atılan qazların və su buxarının iqlim
dəyişiklikliyinə təsiri