Bu kimi hallar quraqlıqdan əziyyət çəkən bir sıra Afrika ölkələrində
davam etməkdədir.
2.4. İqlim dəyişiklikləri və onu yaradan
səbəblər
Qlobal iqlim dəyişikliklərinin yaratdığı təhlükələrin miqyası ildən-ilə genişlənir. İqlim dəyişikliyi atmosferdə baş verən qlobal istiləşmə prosesi ilə əlaqədardır ki, bu da yağıntıların artmasına, sel və qasırğa təhlükələrinin yaranmasına, yay aylarında temperaturun həddən artıq yüksəlməsinə və səhralaşma prosesinin baş verməsinə gətirib çıxarır. Hazırda qlobal istiləşmə problemi dünya alimlərini ən çox məşğul edən bir məsələdir. Qlobal istiləşmə probleminin ortaya çıxmasının əsas səbəbi istixana effekti yaradan qatda karbon qazının və metanın miqdarının artmasıdır. Son vaxtlar qalıq yanacaqların yandırılması, meşəsizləşmə, sürətli əhali artımı və cəmiyyətlərdəki istehlak meylinin artması kimi səbəblərdən atmosferdə qeyd olunan qazların toplanması baş verir (şəkil 2.10). Belə ki, günəşdən gələn şüaların bir hissəsi ozon təbəqəsi və atmosferdəki qazlar tərəfindən sovrulur. Bir qismi litosferden, bir qismi isə buludlardan geriyə əks olunur. Yer üzünə çatan şüalar geriyə dönərkən atmosferdəki su buxarı (hansı ki, insanlar tərəfindən atmosferə atılan qazlar hesabına yaranıb) və digər qazlar tərəfindən tutularaq dünyanı isitməkdə olan səth və troposfer normadan isti olur (şəkil 2.10). Belə desək, atmosferə atılan qazların istixana təsiri yaratması nəticəsində yer səthində yaranan istilik artımına qlobal istilik deyilir. Yəni yer atmosferinin və dünya okeanının orta illik hərarəti tədricən artır. Bu hadisə günəş şüalarıyla istilənən, ancaq içindəki istiliyi çölə buraxmayan istixanaları xatırladır. Bu səbəblə də bunu təbii istixana təsiri olaraq adlandırılar. Qeyd olunanlardan belə nəticə çıxartmaq olar ki, insan atmosferə atılan qazların miqdarını öz fəaliyyətini tənzimləməklə azalda bilər və buna məcburdur. Əks təqdirdə, ekoloji problemlər bəşər övladının yer səthində yaşamasını çox çətin hala gətirə bilər. Yer kürəmizdə son vaxtlarda baş verən fəsadların nəticəsi ekoloji tarazlığın pozulmasına gətirib çıxarmışdır. |