Azərbaycan mövcud olan 2 iqlim qurşağının daxilində aşağıdakı iqlim tipləri
mövcuddur:
Yarımsəhra və quru çöl iqlimi, əsasən, Mərkəzi aran rayonlarını (Kür çökəkliyində
hündürlüyü 400 metrədək olan sahələr), Samur çayı mənsəbindən Qızılağac
körfəzinədək Xəzəryanı zonası, Naxçıvan MR-in Arazboyu düzənliklərini, Talışın qapalı
dağ çökəkliklərini (1000 metrdən) əhatə edir. İllik yağıntı mümkün buxarlanmanın
15-50%-ni təşkil edir. Qışı, əsasən, isti (Arazboyu düzənliklərdə və Talışın qapalı dağ
çökəkliklərində soyuq) keçməsi ilə fərqlənir. Yayı qızmardır, bəzi günlər havanın
temperaturu 40° C-dən yuxarı olur.
Qışı quraq keçən mülayim-isti iqlim Böyük Qafqazın cənub yamacının alçaq dağlıq
zonasında (1000 metrədək hündürlükdə), Qanıx-Əyriçay çökəkliyində (200-500 m),
Kiçik Qafqazın şimal və şərq yamaclarında (400-1500 m hündürlükdə) yayılmışdır.
Burada illik yağıntı mümkün buxarlanmanın 50-100%-ini təşkil edir. Qışı yumşaq, az
yağıntılı, yayı mülayim-istidir.
Yayı quraq keçən mülayim-isti iqlim. Əsasən, Lənkəran-Astara zonasındadır. İllik
yağıntı mümkün buxarlanmanın 100-150%-ini və bundan da çoxunu təşkil edir. Qışı
yumşaq, yayı mülayim-isti və quraq, payızı çox yağıntılı keçir. Maydan avqustun
ortalarınadək yağış az yağır və tez-tez quraqlıq olur, süni suvarma tətbiq edilir.
Qışı quraq keçən soyuq iqlim Böyük Qafqazın şimal-şərq yamacında (1000-2700 m)
və Kiçik Qafqazın orta və yüksək dağlıq (1400-2700 m) hissəsindədir. İllik yağıntı
mümkün buxarlanmanın 75-100%-nə bərabərdir. Yayı sərin, qışı nisbətən az sərt keçir.
Yayı quraq keçən soyuq iqlim. Naxçıvan MR-nın orta və yüksək dağlıq zonasını (10003000
m) əhatə edir. İllik yağıntı mümkün buxarlanmanın 50-dən 100%-ə qədərdir. Qışı
soyuq və qarlı, yayı sərindir.
Yağıntısı bərabər paylanan mülayim-isti iqlim Böyük Qafqazın cənub (600-1500 m) və
şimal-şərq (200-500 m) yamaclarındakı dağ meşələri zonası üçün səciyyəvidir. İllik
yağıntı mümkün buxarlanmanın cənub yamacda 75-100%-i, şimal-şərq yamacda 50-
100%-ini təşkil edir. Qışı yumşaq, yayı mülayim-istidir.
Şəkil 2.2. Humid və arid iqlim üzrə yaranan landşaft