Təlim nəticələrinin qiymətləndirilməsi
Aşağıda verilmiş cümlələrin düzgün və ya yanlış olduğunu işarələyin:
1)
(........) Hava-yer atmosferini təşkil edən fiziki qaz qurşağıdır.
2)
(........) Havanın əsas elementləri dedikdə külək və yağıntı başa düşülür.
3)
(........) Ərazidə rütubət əmsalı < 1 (vahiddən kiçik) olduqda rütubət çatışmazlığı
var. Quraq (arid) iqlimdir. Suvarma tələb olunur.
4)
(........) Havanın temperaturunun yüksəlməsi transpirasiyanın sürətlənməsinə
səbəb olur.
5)
(........)Atmosfer havasının tərkibinin 78,08 %-i azot, 20,95 %-i oksigen, 0,93%-i
arqon, 0,03%-i karbon qazından ibarətdir.
Aşağıda verilmiş cümlələrdə boşluqları doldurun:
6)
Havanın nəmliyi ............................. vasitəsilə ölçülür.
7) 1 m3 havada olan su buxarının qramlarla miqdarına ......................
rütubətlilik
deyilir.
8)
Havanın yer səthinə və oradakı cisimlərə göstərdiyi ağırlıq qüvvəsi atmosfer
................... adlanır.
9)
Buxarın maye halına keçməsinə ............................ deyilir və bu proses bulud,
duman, şeh, yağış əmələ gətirir.
10)
havanın yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru
üfüqi istiqamətdə yerdəyişməsidir.