Metodikaya uyğun ölçmələr aparın. |
3.
Havanın temperaturunu 3 saatdan bir ölçün, alınan rəqəmləri cəmləyin və ölçmələrin sayına
bölməklə orta sutkalıq temperaturu müəyyən edin. Həmçinin gün ərzində 10°C-dən yuxarı fəal
temperaturu da ayrılıqda qeyd edin (məsələn, orta sutkalıq temperatur 22°C təşkil edirsə,
onda gün ərzində 10°C-dən yuxarı fəal temperatur 12°C-dir). |
Havanın orta aylıq temperaturunu, nisbi rütubətini və yağıntıların miqdarını hesablayın. |
6. Ay ərzində əldə olunan gündəlik rəqəmləri cəmləyin və 30 günə bölməklə
havanın orta aylıq
temperaturunu, nisbi rütubətini və yağıntıların miqdarını hesablayın.
7. Ay ərzində 10°C-dən yuxarı cəmi fəal temperaturu tapın (yəni ay ərzində 10°C-dən yuxarı gündəlik fəal temperaturlar cəmlənir). |
Əldə etdiyiniz nəticələri əvvəlki dövrün hava məlumatları ilə müqayisə edin. |
8.
Əldə etdiyiniz aylıq məlumatları əvvəlki aylarla, yaxud əvvəlki ilin müvafiq ayları ilə
müqayisə edin.
9. Əvvəlki dövrə nisbətən cari dövrdə havanın isti, quraq, soyuq, rütubətli və ya yağıntılı olmasını müəyyənləşdirin. 10. Ötən dövrlə müqayisədə, cari dövrdə hava şəraitinin kənd təsərrüfatı, xüsusilə bitkiçilik və heyvandarlıq üçün nə dərəcədə əlverişli olduğunu təhlil edin. |