Şəkil 1.14. Kiçik hidrometereoloji
məntəqə
|
Bundan başqa, hər hansı bir əraziyə və ya ona
yaxın rayonlara xidmət göstərən kiçik hidrometeoroloji
məntəqələr var ki, bu məntəqələr yaxın əkinçilik
rayonlarına aqrometereoloji xidmətləri göstərir. Buna
misal olaraq, Azərbaycan Dövlət Aqrar Universitetinin
aqronomluq fakültəsinin həyətində quraşdırılmış
kiçik hidrometeoroloji məntəqəni göstərmək
olar (1.14). Burada quraşdırılmış psixometrik
termometrlər, hiqrometr, helioqraf, yağıntı ölçən,
flüger və anemometr və s. cihazlar vasitəsilə havanın
temperaturu, nəmliyi, təzyiqi, torpağın temperaturu,
günəşli saatların miqdarı, yağıntının miqdarı, küləyin
istiqaməti və sürəti təyin edilir, məlumatlar gündəlik
və aylıq olaraq toplanır. Bu məlumatlar fermerlərə və
tarla təcrübələri qoyan elmi işçilərə paylanır. Həmin
məlumatlar əsasında torpaq istifadəçiləri bir sıra kənd
təsərrüfatı tədbirlərinin (toxumun səpin müddəti,
suvarma rejimi və s.) aparımasını düzgün planlaşdıra
bilirlər ki, bu da gələcəkdə baş verə biləcək risklərin
qarşısını almağa imkan verir.
|