Yağış ölçən vasitəsilə təyin etmədə qaba yığılan su cizgili qablara tökülür və vahid sahəyə düşən
yağıntının mm-lə miqdarı tapılır (şəkil 1.8).
Şəkil 1.8. Yağıntının miqdarını ölçən qablar
Azərbaycanın bir çox əkinçilik rayonlarında illik yağıntıların miqdarı bitkin in
tələbatından xeyli azdır. Buradan aydın olur ki, respublikamızda yağıntıların miqdarı
az olan yerlərdə suvarma üçün iri miqyaslı irriqasiya tədbirlərinin görülməsinə böyük
ehtiyac var.
Q.Q.Selyaninova görə, ərazinin rütubətlənmə şəraitini müəyyənləşdirmək, həmin
ərazinin meliorasiyaya (yaxşılaşdırma tədbirləri) və irriqasiyaya (suvarmaya) olan
tələbatını öyrənmək üçün hidrotermik əmsaldan (yağıntıların illik cəminin 10°C-dən
yuxarı temperatur cəminə nisbəti) istifadə etməyi təklif etmişdir.
(1.2)
HTƏ (hidrotermik əmsal)=
Selyaninova görə, HTƏ-ın qiyməti 1,5-dən çox olan sahələr ifrat rütubətlənən
sahələridir. Belə sahələrdə qurutma istiqamətində drenaj işləri aparmaqla torpaqların
su-fiziki xassələrinin yaxşılaşdırılması tələb olunur. Əgər hidrotermik əmsal (HTƏ) 1-1,5
arasında olarsa, meliorasiya işlərinin görülməsi tələb olunur. HTƏ 0,5-0,8 arasında
müşahidə edilərsə, quraqlığa davamlı bitkilərin əkilməsi; 0,5-dən aşağı olarsa, belə
ərazilərdə torpağı süni nəmləndirmək - yəni suvarma işləri aparmaq lazımdır.