Şəkil 1.7. Kasalı barometr
|
Havanın yer səthinə və oradakı
cisimlərə göstərdiyi ağırlıq qüvvəsi atmosfer təzyiqi
adlanır. Hər bir nöqtədə atmosfer təzyiqi o nöqtədən
atmosferin üst sərhədinə qədər olan hava sütununun
ağırlığı ilə müəyyən olunur. Normal atmosfer təzyiqi
dəniz səviyyəsindən 0°C temperaturda mövcud olur.
Normal atmosfer təzyiqi dəniz səthi üzərində, o°C
temperaturda, orta hesabla 760 mm hündürlükdə olan
civə sütununun təzyiqinə (ağırlığına) bərabərdir.
Hava öz-özlüyündə çox yüngüldür (sudan 770 dəfə).
Bir kub metr havanın 1,3 kq ağırlığı var. Bir litr hava isə
1,3 qr-dır. Bu rəqəmləri biz, dəniz səthi səviyyəsində,
yəni normal təzyiq 760 mm və 0°C temperaturda
havanı çəkdiyimiz zaman ala bilərik. Eyni şəraitdə
quru havanın sıxlığı 1293 q/m3-ə bərabərdir. Havanın
sıxlığı çəki üsulu ilə işarə olunur. Hava kütləsinin
onun tutduğu həcminə olan nisbətinə havanın sıxlığı
deyilir. Bitkilərin inkişafına və heyvan orqanizminə
atmosfer təzyiqi bilavasitə təsir etmir, lakin hava
təzyiqi, hava kütlələrini təzyiq çox olan yerdən onun
az olduğu yerə hərəkət etməsinə səbəb olur.
Təzyiq yer kürəsində sahənin dəniz səviyyəsindən
hündürlüyü, temperatur şəraiti, rütubətlik və başqa
amillərdən asılı olduğu üçün müxtəlif istiqamətdə
dəyişir.
Atmosfer təzyiqinin ölçü vahidləri millimetr (mm)
və ya millibarlar (mb) ilə göstərilir. Son zamanlar
təzyiqin mütləq vahidi olan millibarlar ilə göstərilir.
Bir sm2 səthin üzərinə düşən bir milyon dina (kütləsi 1
qram olan cismə 1 sm/san2 təcil verən qüvvət) təzyiqə
bar deyilir. 1000 mb=750 mm. Civə cütununun 1 mm=
1,3332 mb~ı,3 mb.
Atmosfer təzyiqini ölçmək üçün şkalaları mm, yaxud
mb ilə bölünmüş baro-metrlər işlədilir, bunların
aşağıdakı növləri yayılmışdır: civəli (kasalı) barometr,
aneroid və baroqraf.
Ən çox işlədilən barometr kasalı barometrdir (şəkil1.7).
Bu barometrdə yuxarı tərəfdən lehimlənib civə ilə
doldurulmuş şüşə borunun aşağı ucu, içində civə
olan dəmir, yaxud mis kasaya salınmışdır. Kasada
xaricdən hava keçməsi üçün vintlə bağlanan dəlik
var. Kasadakı civənin səviyyəsi bu və ya başqa yerdə havanın təzyiqindən asılı olur.
|