maksimal su buxarının və ya doymuş su buxarının və ya doymuş havanın) kütləsinin %-lə nisbətinə deyilir. Su buxarı fasiləsiz olaraq havaya su səthindən, torpaqdan və bitkilərdən buxarlanaraq daxil olur. Su buxarı şaquli istiqamətdə qalxır və yuxarıda hava axınları nəticəsində müxtəlif istiqamətlərə aparılır. Müəyyən olunmuşdur ki, havanın temperaturu artdıqca havada olan su buxarının da miqdarı artır və bu, o həddə qədər çatır ki, artıq hava su buxarını qəbul edə bilmir. Bu zaman doyan havaya doymuş hava deyilir. Yəni müəyyən temperaturda havanın tərkibində maksimal, mümkün miqdarda su buxarı varsa, o, doymuş hava adlanır. Belə desək, havanın özündə saxlaya bildiyi ən çox su buxarının miqdarı, doyma həddi hesab olunur və bu rütubət 100% qəbul edilir və yağıntının əmələ gəlməsi üçün başlıca səbəbdir. Nisbi rütubətin tərifində ifadə olunan 1 m3 havadakı su buxarı və ya mütləq rütubət anlaşılan olsa da, doymuş buxar ifadəsi şagirdlər üçün praktik olaraq bir qədər başadüşülməz ola bilər. Bu baxımdan doymuş buxar anlayışına dair praktik bir misal qeyd edək: Fərz edək ki, ağzıbağlı qabda olan mayenin səthindən su buxarlanır və molekullar qapaqla suyun səthi arasında olan fəzaya keçirlər. Bəzi molekullar yenidən mayeyə qayıdır: qapaq bağlı olduğundan buxarın çox hissəsi kondensasiya edir, yəni mayeyə çevrilir. Nəhayət, elə an gəlib çatır ki, vahid zamanda mayeyə qayıdan molekulların sayı mayeni tərk edən molekulların sayına bərabər olur. Bu hal dinamik tarazlıq adlanır. Dinamik tarazlıq halında qabdakı buxarın və mayenin miqdarı dəyişmir. Yəni qapaqla suyun səthi arasında olan fəzada su buxarının miqdarı dəyişmir, həmin fəza su buxarı ilə doyur və bu su buxarı fəzanın özündə saxlaya bildiyi maksimum su buxarı və ya doymuş buxar adlanır. Atmosfer havasında da buna oxşar proses baş verir. Öz mayesi ilə dinamik tarazlıqda olan buxara doymuş buxar deyilir. Doymuş buxarın sıxlığı və təzyiqi nədən asılıdır?
Fərz edək ki, ağzıbağlı qabda maye və onun doymuş buxarı var. Qab qızdırılır. Temperatur artdıqca mayeni tərk edən molekulların sayı mayeyə qayıdan molekulların sayından çox olur. Bu halda dinamik tarazlıq və buxarın doymuş halı pozulur. Bir müddətdən sonra dinamik tarazlıq bərpa olur, lakin qapalı fəzanın vahid həcminə düşən buxar molekullarının sayı artdığından doymuş buxarın sıxlığı artır. Sıxlıq artdıqca buxarın təzyiqi də artır.
(1.1)
Rə = Y
B