Müəyyən istilik şəraitində maksimal buxarlana bilən
rütubət (su) miqdarına buxarlanma qabiliyyəti deyilir.
Bu mümkün buxarlanma adlanır. Tropik səhra və savannada buxarlanma qabiliyyəti daha yüksək, Arktik səhra və tundrada isə daha azdır. Buxarlanma qabiliyyəti daha böyük olan ərazilərdə - sutkalıq temperatur amplitudası böyük, fiziki aşınma intensiv, canlılar aləmi isə (bitki, heyvan) kasıb olur. Buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərq ərazinin quraqlıq dərəcəsini göstərir. Bu fərq ən çox səhra və yarımsəhralarda, ən az isə su sahələri üzərində olur. 1 m3 havada olan su buxarının qramlarla miqdarına mütləq rütubətlilik deyilir. Bu ilk növbədə havanın temperaturu ilə düz mütənasibdir. Məsələn, -20°C-də havanın tərkibində 1 qram su olduğu halda, +20°C-də 17 qram su olur. Atmosferdə mütləq rütubət 0,1-1 q/m3- dən (qışda materiklərin qütb enlikləri üzərində) 30 q/ m3-ə qədər və daha çox (ekvatorial zonada) olur. Havanın nəmliyi hiqrometr və ya psixrometrik termometrlərlə ölçülür (şəkil 1.4).Tüklü hidrometrin iş prinsipi insan tükünün rütubətlə uzanmasına əsaslanan cihazdır. Şkalanın üzərindəki əqrəb havanın nisbi rütubətini gostərir. Psixrometr - ha-vanın nisbi rütubətini təyin etməyə imkan verən cihazdır və əsasən, iki termometrdən ibarətdir. Onlardan biri-quru termometr havanın temperaturunu göstərir. Digər termo-metrin kürəciyi ucu suya salınmış parça ilə sarınmışdır. Su buxarlanır və termometri soyudur və bu səbəbdən quru və yaş termometrlərin göstəriciləri arasında fərq yaranır. Həmin fərq havanın nisbi rütubətindən asılıdır. Termometrlərin göstərişlərinə əsasən xüsusi cədvəllərin köməyi ilə havanın nisbi rütubətini təyin etmək mümkündür. Psixrometr hiqrometrə nisbətən rütubəti daha dəqiqliklə təyin etməyə imkan verir. Məlumdur ki, havada olan su buxarının miqdarı daima doymuş halda olmur. Bu zaman havanın nisbi rütubətliliyi anlayışı ortaya çıxır. 1 m3 havada olan su buxarının (havadakı faktiki su buxarının) kütləsinin, həmin temperaturda mümkün olan su buxarının (yəni, havanın doyması üçün tələb olunan |