Alban yepiskopunun iqamətgahı da
burada fəaliyyət göstərmiş və xristian
dininin təbliğat mərkəzi olmuşdur.
Mehranilər sülaləsindən olan Xaçın
knyazı Həsən Cəlalın oğlu Vaxtanq
XIII əsrdə kompleksin ərazisində geniş
tikinti işləri aparmışdır. Monastıra daxil
olan tikililərin divarlarında yağlı boya
ilə çəkilmiş çoxlu şəkillər və yazılar
həkk edilmişdir. Daha sonra burada
kilsə tikilmişdir. Kilsənin şərq fasadında
daş üzərində knyaz Vaxtanqın təsviri
həkk olunmuşdur. Alban knyazı tərəfindən
inşa edilmiş baş kilsə memarlıq
xüsusiyyətlərinə görə erməni və gürcü
kilsələrindən fərqlənir.
Xudavəng Baharlı və Bayandurlu
sülalələri dövründə, eləcə də Səfəvilər
zamanında ölkənin mərkəzindən xeyli
uzaqda olduğuna görə diqqətdən
kənarda qalır. Xanlıqlar dövründə də
Xudavəng Qarabağ xanlığının ərazisinə
daxil olur və o dövrdə Qarabağda
olan xristian alban məlikliklərinin
monastırına çevrilir. Torpaqlarımız işğal
edildikdən sonra "Xudavəng" məbədi
ermənilərin təcavüzünə məruz qalmışdır.
Düşmən abidədəki Alban kilsəsinə
aid xaç və yazıları balta ilə çaparaq yox
etmiş, tarixi saxtalaşdırmağa çalışmışdır.
Onlar öz təbliğatlarında bu məbədi
erməni kilsəsi kimi təqdim etməklə
dünya ictimaiyyətini çaşdırmağa
çalışmışdır. 1991-ci ildə Azərbaycanın
yenidən müstəqilliyini qazanması ilə
udinlər qədim kilsə ənənələrini bərpa
etmək fürsəti qazandılar. Bu istiqamətdə
bir sıra mühüm addımlar atıldı. İlk
növbədə, Şəkinin Kiş kəndi və Qəbələ
rayonunun Nic qəsəbəsində, eləcə
də Oğuzdakı qədim alban məbədlərində
təmir-bərpa işləri aparılaraq
udinlərin ixtiyarına verildi. Hazırda bu
məbədlərdə ayinlər udi dilində yerinə
yetirilir. 2003-cü ildə Dini Qurumlarla İş
|
üzrə Dövlət Komitəsində Azərbaycan
Respublikasının Alban-Udi Xristian dini
icmasının dövlət qeydiyyatına alınması
Alban kilsəsinin bərpası istiqamətində
atılan ən böyük addımlardan biridir.
2008-ci ildə Alban-Udi dini icmasının
bir sıra üzvləri Qüds (Yerusəlim) kilsəsinin
xeyir-duasını alaraq Fələstindəki
İordan çayında xaç suyuna salınırlar.
Beləliklə, Alban-Udi dini icmasının
müstəqilliyi bərpa olunur.
Vətən müharibəsi nəticəsində müzəffər
ordumuz tərəfindən torpaqlarımız
azad olduqdan sonra Xudavəng məbədinin
də idarəsi Azərbaycanın xristian
əsilli sakinlərinə verilmişdir.
Xudafərin
|